1991-ci ildə Moskvadan Bakıya nə göndərirdin, Elman Rüstəmov ?- Biznesmenlər baş bankirə nə üçün mənzil hədiyyə edirlər ?

1991-ci ildə Moskvadan Bakıya nə göndərirdin, Elman Rüstəmov ?- Biznesmenlər baş bankirə nə üçün mənzil hədiyyə edirlər ?
Manşet
Oxunma sayı: 12
Elman Rüstəmovu cəmiyyətə  təqdim etməyə heç bir ehtiyac yoxdur. 
Düz 30 ildir Prezident Aparatı ilə Mərkəzi Bankın  arasında dolaşan bu şəxsin ölkənin bank sistemini hansı günə qoyduğu heç kimə sirr deyil. Hətta dəfələrlə Milli Məclisdə deputatlar da onun ünvanına haqlı tənqidlər səsləndiriblər. 
Təsəvvür edirsiniz, Azərbaycandakı  bank faizləri hətta Afrika ölkələrində yoxdur. 
Son illər neçə bank bağlanıb ? Bu indi də davam edir.    
Özəl banklar Elman Rüstəmova nələr hədiyyə etmir ? 
Azərbaycandan milyardlarla  valyuta çıxarılıb, ofşor zonalara yerləşdirilib. 
Bundan guya Elman Rüstəmovun xəbəri yoxdur ?

Bəs Elman Rüstəmovun özünün  və övladının Londondakı mülkləri ? 

Paytaxtda tikilən  göydələnlərin sahibləri olan biznesmenlər niyə  Elman Rüstəmova  mənzillər bağışlayırlar ?

Bakıda  Elman Rüstəmovun mənzillərinin sayını bilən varmı ?  
 
Gəlin Elman Rüstəmovun tərcümeyi-halındakı düşündürücü məqamlara nəzər salaq. 
1990-cı ildən  Moskvada  yaşayıb. 
Elman Rüstəmov,  həmin illərdə Moskvadan Bakıya  gizli nə göndərirdin ? 
1991-ci ildə Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsinə düzəlməyini ozamankı  Prezident Ayaz Mütəllibovdan kim xahiş etdi ? 
1 il sonra 1992-ci ildə Prezident Elçibəy səni nə üçün Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin etdi ? 
27 ildir  Mərkəzi Bankın sədrisən. Bank sistemi niyə bu gündədir, cənab Rüstəmov ?
Digər suallarla bağlı növbəti yazıda bəhs edəcəyik.