Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevin MEŞƏ TERRORU- YENİ HƏBSLƏR GÖZLƏNİLİR...

Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevin MEŞƏ TERRORU- YENİ HƏBSLƏR GÖZLƏNİLİR...
Manşet
Oxunma sayı: 377
İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- Ekologiya Naziri Muxtar Babayev hara baxır?

Keçmiş ekonazir  Bağırov tarixçi, indiki Muxtar Babayev isə politoloqdur 

Politologiya hara, ekologiya hara, Muxtar Babayev ? 

İqbal Babayev, Ulu Öndər Heydər Əliyev deyirdi, ağacları kəsənlər balalarımın başını kəsir 

İrili-xırdalı məmurlar  hamısı  kabinetlərində başlarının üstündən Ulu Öndər Heydər Əliyevin əzəmətli portretini asıblar. Çox gözəl. Mərhum Ümumilli Liderimiz hər cürə hörmət və ehtirama layiqdir. Amma dahi şəxsiyyətin dediklərinə də əməl edin də. 
Mərhum Heydər Əliyevin ağaclar, yaşıllıqlar, meşələr barədə iki məşhur ifadəsi var: 
Ulu Öndər deyirdi ki, bir ağacın budağını kəsəndə elə bil qolumu kəsirlər. 
Bir də Sumqayıtda məşhur müşavirədə Heydər Əliyev ağacların qırılmasına görə, şəhər rəhbərliyinə çox qəzəbli tərzdə dedi ki, bu ağacları kəsənlər elə bil mənim balalarımın başını kəsiblər. 
Görəsən, bundan artıq nə demək, məmurları necə başa salmaq olar ? 
Axı, bu ağacqıran  məmurlara necə başa salmaq olar ki, meşələr ölkənin ağ ciyərləri, təmiz havası, oksigen mənbəyidir, ay gerizəkalılar. 
Vaxtilə məşhur yazıçı Maksim Qorki Bakıya səfər edəndən sonra yazmışdı ki, Bakıda 7-8 ağac gördüm. 
Bəli,Bakının yaşıllığı, elə-belə yaranmayıb, illər uzunu milyonlarla dövlət vəsaiti sərf olunub, insanlar zəhmət hesabına bu yaşıllığı  yaradıb. Eləcə də meşələrimiz. Axı, dəfələrlə yazmışıq ki, Qafqazda ən az meşələr bizim payımıza düşüb. Biz bunu qorumalıyıq. 
Onsuz da 30 ildir erməni daşnakları meşələrimizi,  yaşıllıqları məhv ediblər. 
Bəs bizim özümüz niyə meşələrə, ağaclara qənim kəsilirik. 
Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə susur ?
Keçmiş ekonazir  Hüseynqulu Bağırovun dönəmində meşələr məmurlara satılıb, mebel sexləri meşələrdəki ağacların hesabına işləyib, bir sözlə, meşələrə qarşı yaşıl genosid olub. 
Yaxşı, Hüseynqulu Bağırov vəzifədən getdi, amma həmən vəziyyət davam edir. 
2018-ci ilin aprelin 23-dən, yəni 3 ildir  Muxtar Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.
Bu adam fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. Politologiya hara, ekologiya hara ? 
3 ildir  yenə meşələrə, yaşıllıqlara divan tutulur, meşələrin qorunmasına və inkişafına məsul olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi  üzərinə düşən işi yerinə yetirmir. Nazirliyin tabeçiliyində  Meşələrin İnkişafı Departamenti var. Adından göründüyü kimi bu qurum təkcə meşələri qorumalı deyil, həm də inkişaf etdirməlidir.
Təsəvvür edirsiniz, nazirlikdə bu boyda  Meşələrin Qorunması və İnkişafı ilə bağlı Departament, üstəlik bir neçə rayonu əhatə edən Regional Meşə Təsərrüfatı Mərkəzi fəaliyyət göstərir.  
Belə qurumlardan biri də Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzidir. Bir neçə rayonu, o cümlədən Daşkəsən rayonunu əhatə edən bu mərkəzin direktoru İqbal Əliyevdir. 
Bütün ölkə mediası neçə müddətdir ki, İqbal Əliyevin meşələri qırmasından, meşələrə donuz buraxmasından, meşələri bəzi şəxslərin fermaları üçün örüş yerinə çevirməsindən  dayanmadan yazır. 
Bütün bunların hesabına İqbal Əliyev milyonlar qazanıb. 
Meşələr məhv olduqca  həmin ərazidə yaşayan heyvanlar, quşlar, bir sözlə, fauna və flora məhv olur. Bütün bunlar İqbalın heç tükünü də tərpətmir. Təki pul gəlsin. 
İqbal Əliyev həm də tabeçiliyində olan meşə gözətçilərinin, təsərrüfat işçilərinin maaşlarını da mənimsəyir. 
Təsəvvür edirsiniz meşələrə qənim kəsilən İqbal Əliyev Allah qoymasa, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da)  müəllimdir.
Görəsən meşələrə qənim kəsilən İqbal müəllim tələbələrə nəyi öyrədəcək ? 
Meşələri qorumağı, yoxsa meşələri qırmağı ? 
Bir maraqlı məqam da odur ki, İqbal Əliyev heç vaxt  ADAU-ya getmir, onun əvəzindən kimsə jurnalları imzalayır. Görəsən dövlət məmuru olan İqbal Əliyevin əvəzindən maaşı kim alır ? 
İqbal Əliyevin özü üçün Göygöl  rayonunda inşa etdirdiyi möhtəşəm villanın bütün taxta materialları da Daşkəsən meşələrindən gətirilib. 
Bütün bunlar rayon sakinlərinə bəlli olduğu halda görəsən müvafiq dövlət qurumları nə düşünür. 
Niyə Ekologiya Nazirliyinin,  Meşə departamentinin rəhbərliyi ağzına su alıb susur ?
Muxtar Babayevin kabinetində divardan bir qılınc asılıb. 
Muxtar Babayev, o qılınc Domokl qılıncı kimi bir gün meşələrdə başı kəsilən ağacların qisasını alacaq...