“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev Ekspress bankını niyə satır ?- Azərbaycan xalqına dəymiş 500 MİLYON manatı kim ödəyəcək ?

“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev Ekspress bankını niyə satır ?- Azərbaycan xalqına dəymiş 500 MİLYON manatı kim ödəyəcək ?
Manşet
Oxunma sayı: 109
İki  quda  oliqarxın  Londondakı şərikli biznesi     

2018-ci ildə bir anın içərisində  bütün  Azərbaycan qaranlığa, zülmətə qərq oldu. Bu istənilən ölkə, müharibə edən Azərbaycan üçün isə tam fəlakətli vəziyyət idi. Ölkənin baş enerji mənbəyi olan Mingəçevir SES-də partlayış  baş vermişdi. 
Cənab Prezident İlham Əliyevin operativ səyləri nəticəsində fəlakət sovuşdu, amma…
Belə hadisələr bir çox ölkələrdə olur, amma həmən anda alternativ mənbələr işə düşür və qəza hiss olunmur. Məlum oldu ki, dövlətin bu məqsədlə ayırdığı  yüz milyonlar təyinatı üzrə xərclənməyib. 
Bəs görəsən həmən dövrdə  Azərenerji-nin prezidenti olan Etibar  Pirverdiyev milyonları hara xərcləmişdi ?
Bir neçə il əvvəl  baş vermiş bu faciəni bu gün  nə üçün yada saldıq. 
Gundelik-baku.com-un sonuncu araşdırmasında bəlli olur ki, Etibar Pirverdiyev ona məxsus Ekspres bankı satışa çıxarıb. 
Ahaa. Bəli, Etibar kimi məmurlar dövlətin ayırdığı milyonlar hesabına özləri üçün özəl banklar yaratmışdılar, övladlarına xaricdə biznes qurmuşdular. 
Və nəticədə ölkəmiz zülmətə qərq oldu.  
Bir vaxtlar Belorusiyada, Moldovada kartof-soğan alveri  edən Etibar Pirverdiyev necə oldu ki, bank sahibi oldu? 
"Azerenerji”nin rəhbəri maxinasiyalar və dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilə bilmişdi. 
Amma ölkəni təhlükəli vəziyyətə  salmışdı. 
Təsəvvür edirsiniz qəzaya görə, ölkə iqtisadiyyatına və vətəndaşlara 500.000.000  manat, yəni yarım MİLYARD ziyan dəymişdi.
Amma Pirverdiyevin şəxsi biznesi çiçəklənirdi.  
Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları və daha nələri. 
Dəvələri yağlamaq üçün  ayrıca biznesi də olub. 
Bayraq Meydanında baş  verənlər də  Etibar  Pirverdiyevin alnında qara ləkədir. 
Ümumiyyətlə, Azerenerjiyə ayrılan dövlət vəsaitlərinin miqdarı insanı  heyrətə gətirir. 
Bu pullar bu gün Londonun biznes  dairələriində fırlanır. Həm də kiminlə şərik şəkildə...
Bəli, Etibar  Pirverdiyevin  qızı Dünya Pirverdiyeva keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir. 
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım  Londonda bir neçə şirkətə  sahibdirlər. 
Ünvanları da budur : 
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE. 
Bəli, iki oliqarx məmurun Azərbaycan xalqından oğurladıqıarı milyonlar banklarda  fırlanır. 
Amma  Etibar Pirverdiyev  həbs olunacağından qorxaraq bankını satıb aradan çıxmaq istəyir.

Kimə satacaq ? 
Bizi izləyin. /Gundelik-baku.com/