Nahid Bağırovların sayəsində BŞDYP-dan NARAZILIQLAR ARTIR- Narkotiklə mübarizə məmur övladlarından yan keçməyəcək...

Nahid Bağırovların sayəsində BŞDYP-dan NARAZILIQLAR ARTIR- Narkotiklə mübarizə məmur övladlarından yan keçməyəcək...
Manşet
Oxunma sayı: 13
Vaqif  Əsədov deyir ki, təqaüdə çıxandan sonra namaz qılacam 



Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yarıtmaz fəaliyyəti ilə  bağlı mediada kifayət qədər yazılar dərc olunub. 
Hər dəfə bu qurumla bağlı  tənqidi məqalə dərc olunanda  qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif  Əsədov  saytlara zəng edərək “Qurban olum…qadan alım.. o yazını tez çıxardın”  deyərək az qala ilan dili çıxarır. 
Bu adamın nəinki  kənarda, hətta  çalışdığı  qurumda  hörrməti yoxdur. Hər dəfə də söhbət düşəndə gileylənir ki, məni sayan yoxdur, köhnə kişilər getdi, indikilər  adamı eşitmir və s.
Ümumiyyətlə, Vaqif Əsədov  nə polis kimi, nə də mediaya məsul şəxs kimi  heç nəyə yaramır. 
Bir müddət əvvəl  Vaqif  Əsədovun  jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi bəlli olanda çoxları təəccüblənmişdi. 
Doğrudan da  sənin jurnalistikaya nə dəxlin var, ay Vaqif Əsədov ? 
Ömründə  500-600 işarəlik bir yazı yazmısanmı ? 
Ancaq Vaqif Əsədov utanıb-qızarmadan deyir ki, evlər ada görə yox, xidmətlərə və əməyi olanlara verilməlidir: “ neçə illərdir ki əziyyət çəkən mətbuat işçisi, mətbuat sahəsində çalışıram. Bu sahədə xidmətləri varsa, niyə də ev üçün müraciət edənlərdən biri olmasın?”
Ay Vaqif Əsədov, birincisi, sən hansı sahədə çalışırsan, nə çalırsan, külüng-zad, bu hamıya bəllidir. Sənin qələm əhlinə aidiyyətin yoxdur, səninki qələm deyil, dubinka-zopadır. 
İkincisi, polisdə çalışdığın illər ərzində yığdıqların sənə bəs etmir ki, hələ  imkansız jurnalistlər üçün  tikilən binadan ev də almaq istəyirsən ? 
Vaqif  Əsədov,  sənin danışıqların, sözlərin anektod mövzusudur. 
Sənin villanın şəkili mətbuatda yayılanda deyirsən ki, yəhudi dostumun evidir: “ Mənim evim yoxdur. Məni tanıyan və ətrafımda olanların hamısı bilir ki, mən harada və kimin evində yaşayıram. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil”.
Ay adam, sənin yalanın da özün kimi maraqsız və gülməlidir. Sən və ailən neçə illərdir ki, yəhudi dostunun evində yaşayırsan ? 
Bəs ailəni harada saxlamısan, oğlunu, qızını harada böyütmüsən ? 
Bəlkə, yəhudinin villasında ? 
Ayıbdır, vallah ayıbdır. 
Sən “bomj”san, nəsən ki, deyirsən mənim evim yoxdur, kiminsə evində yaşayıram. 
Hələ Allah qoymasa sonra da deyirsən ki, mənim barəmdə yazanlar paxıllardır. 
Vaqif  Əsədov,  jurnalistlər sənin paxıllığını niyə çəkməlidir ? 
Hansı  üstün mənəvi keyfiyyətinə görə..? 
Deyirsən, jurnalistlər yazmağa mövzu tapmırlar.
Yox, Əsədov, yanılırsan, nə qədər ki, sənin kimi QAİŞ-niklər, Nahid  Bağırov kimi yol polisləri var, Rəşid Piriyev kimi  rəislər var,  biz jurnalistlərin mövzusu qurtaran deyil. 
Cənab Əsədov ! Müsahibələrinin birində lap gül vurusan. Deyirsən ki, indi vaxtım yoxdur, təqaüdə çıxandan sonra namaz qılacam, oruc tutacam, ibadət edəcəm. 
Daha sənin barəndə deməyə söz qalmır. 
Amma dostların, BŞDYP rəisi Rəşid Piriyev və onun şəriki Nahid Bağırov haqqında yazmağa dəyər. 
Heç kimə sirr deyil ki, Rəşid Piriyev və onun Nahid Bağırov kimi əməkdaşları  BŞDYP-ni rüşvət yuvasına çevirib. 
Onların səbəbindən biz bir cəmiyyət və dövlət olaraq bu nəqliyyatın tənzimlənməsi, tıxacların aradan qaldırılmasını, yol polisində rüşvətin kökünün kəsilməsini həll edə bilmirik. Yazıq sürücülər, yol polisinin əlindən az qala hər gün stress keçirir, infarkt olmaq həddinə çatırlar. Axı, binəva sürücü texniki baxışa pul versin, rüşvət versin, yol polisinə versin, cərimə meydançasına versin. Bu sözün əsl mənasında qəssabxanadır. 
Yeri gəlmişkən, sürücü deyir ki, texniki baxışdan keçmək üçün Texniki-Müayinə Mərkəzinə getmişəm. Dövlət rüsumu 30 manat olduğu halda kabinetdə oturan bir bığıburma məmur sürücüdən 80 manat, yəni dövlət rüsumundan az qala 3 dəfə çox istəyir. Sürücü, şikayət edəcəyini deyəndə cavab verir ki, get hara istəyirsən şikayət elə...
Bax, dünyanın ən alçaq, ən şərəfsiz  sözü budur: get hara əlin çatır şikayət elə. Axı, biz müstəqil dövlətik, öz əlimiz, öz başımız, öz qanunlarımız. Necə yəni əlin hara çatır şikayət elə. 
Bütün bunları yaradan, adını Qarabağ  qazisi qoyub, yol polisini şəxsi biznesinə çevirən, Rəşad Piriyevlər, Nahid Bağırovlardır. 
Təsəvvür edirsiniz, Nahid Bağırov ( 99-YP-363 nömrəli, 1676 döş nişanlı ) kimi yol polisi açıq-aşkar deyir ki, hər ay rəis Rəşad Piriyevə  aylıq veririk.  Və buna görə də Nahid Bağırovlar  yolda istədiyini edir, qadın sürücüyə qarşı olmazın hərəkət edir, söz atır, telefon nömrəsi istəyir və...
Bəli, sürücülərin qabağını kəsib ''rüşvət'' alır. 
Nahid Bağırov kimisi tək deyil. Rəşid Piriyevin  “xidməti”  sayəsində  yollarımızda Nahid Bağırovların sayı hər gün artır.   
Jurnalistlər isə bu barədə yazanda Vaqif Əsədov ortaya çıxıb, jurnalistlərə əxlaq dərsi keçmək, Moral, moral oxumaq istəyir. 
Biz isə  cənab Vaqif  Əsədova deyirik ki, MORAL oxumaq üçün adamın gərək özünün MORAL-ı olsun. 
Sürücülərin ağzını iyləmək üçün, gərək özünün və ailə üzvlərinin ağzı təmiz olmalıdır, cənab Vaqif Əsədov. 
Yəqin ki, son vaxtlar narkotik istifadəçilərinə qarşı ölkəmizdə aparılan ciddi mübarizə, məmur övladlarından da yan keçməyəcək,
Atalar necə deyib Vaqif müəllim ?
Qızım sənə deyirəm... Gundelik-baku.com