Vüqar Səfərli məhkəmədə “açacaq sandığı, tökəcək pambığı”- Müşfiq Ələsgərlinin də həbsi gözlənilir...

Vüqar Səfərli məhkəmədə “açacaq sandığı, tökəcək pambığı”- Müşfiq Ələsgərlinin də həbsi gözlənilir...
Manşet
Oxunma sayı: 116
Vüqar Səfərli  və digər 7 nəfər şəxs...

Digər  7 nəfər  şəxsin adı-familyası yoxdur ? 

Mənə Müşfiqi, Əlini çağırın gəlsin...
 

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət əməli  ilə bağlı söhbət  düşəndə, yaxud məqalə yazılanda bilərəkdən, yaxud bilməyərəkdən bu boyda cinayət işi ancaq Vüqar Səfərlinin üzərində dayanır, ən yaxşı halda “Vüqar Səfərli və digərləri..” kimi qeyd olunur. 
Baş verən cinayət əməllərini tək Vüqar Səfərli deyil, böyük bir mütəşəkkil cinayətkar dəstə həyata keçirib. Bunların hamısı cəmiyyətə bəlli olmalı və hər biri layiq olduğu cəzanı almalıdır. 
Söhbət milyonları mənimsəməkdən gedir. Vüqar Səfərli əjdaha da olsa, bu cinayətləri təkbaşına edə bilməzdir. 
Söhbət  Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə törədilən cinayət əməllərindən gedir. Və Allah qoymasa, “digər  maddələr ilə..”. 
Bu bir bandit dəstəsidir. 
Son vaxtlar  Vüqar Səfərlidən başqa bir neçə nəfərin də adı bu cinayət işində hallanır.
İstintaq materiallarında yazılır: 
Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Fikir verdinizsə, yenə yazılır:  və digər  7 nəfər şəxs. 
Necə yəni digər  7 nəfər şəxs ?
7 nəfərin adı-familyası yoxdur ? 
Axı,  bu cinayət işi  Vüqar Səfərli, Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə bitmir ee. 
Bəs,  Vüqar Səfərlinin “ağası Əli Həsənov”  harada qaldı?
Əli  Həsənovun izacəsi olmadan Vüqar Səfərli  bir manatı xərcləyə bilməzdir. Əli Həsənovun xanımı Sona xanımın rəfiqələrinə  bu Fonddan nə qədər  pullar ayrılıb ? 
Jurnalistlərin binasında Əli Həsənovun nə qədər gədəsinə və gözəlçəsinə mənzillər verilib.
Bunun hamısını Vüqar Səfərli edə bilməzdi.  
Əli Həsənov deyir ki, “Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur”. 
Niyə əsası  yoxdur, cənab Əli Həsənov ? 
Milyonları təkcə Vüqar Səfərli mənimsəyib ? 
Bəs sən nə edirdin ?  Bu sahənin birbaşa rəhbəri sənsən. Vüqar Səfərli sənin nökərin, buyruqçun olub. 
Bəs, Müşfiq Ələsgərli niyə istintaqa çağırılmayıb ? 

Söhbət  Jurnalistlərin Həmkarlar İttifaqının ( JuHİ )-nin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası sədrinin müavini, Mətbuat Şurası  Sosial Komissiyasının sədri və ən əsası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİVDF ) Müşahidə Şurasının üzvü  Müşfiq Ələsgərlidən gedir. 
Mətbuatla, jurnalistlərlə  bağlı bu qədər vəzifənin sahibi ancaq  “ortada yeyib qıraqda”  gəzməlidir ? 
Axı, jurnalistlərin  ev, mənzil şəraiti ilə bağlı sənədlərə Müşfiq Ələsgərli də qol çəkib. 
Son məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Juranlistlər binasında 411 mənzillə bağlı araşdırma aparıb. 
Heç bir nüfuzu olmayan qəzetlərə 100 min manatlarla dövlətin vəsaiti ayrılıb. Təkcə ziyafətlərin  keçirilməsinə 105 min manat xərclənib. Təkcə ziyafətə...
Obrazlı  desək, Vüqar Səfərli məclisdə 105 min manatı tək necə yeyə bilərdi ? Bunun da bir qarnı, bir ağzı var də. 
Bəs Əli Həsənov, Müşfiq Ələsgərli və digərləri nə qədər yeyib ? 
Onlar niyə  bayırda qalmalıdır ? 
Axı, KİVDF  bir nəfərdən, yalnız  Vüqar Səfərlidən ibarət olmayıb. 
Bu qurumun neçə nəfərlik Müşahidə Şurası,  İdarə Heyətinin üzvləri, Həmkarlar Təşkilatı olub. .
Bəs bunlar heç bir məsuliyyət daşımır ? 
Son məlumata görə, Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
İyulun 23-nə hazırlıq iclası təyin edilib.
Vüqar Səfərli məhkəmə prosesində susmaq fikrində deyil. Onun müəyyən adlar çəkəcəyi gözlənilir. Bu sırada xüsusilə Prezidentin keçmiş köməkçisi Əli Həsənovun və Jurnalistlərin Həmkarlar İttifaqının ( JuHİ )-nin sədri  Müşfiq  Ələsgərlinin adı hallanır.
Bir mahnıda deyilən kimi, Vüqar Səfərli  gecələr “Mənim yanıma Əlini, Müşfiqi göndərin gəlsin” oxuyur. /Gundelik-baku.com/

[media=https://youtu.be/DCJy40fUwzc]