Təcili Tibbi Yardım maşınları niyə saatlarla gecikir ?- TTY-nin avtobazasının müdiri Yaqub Məmmədov dövlət vəsaitini necə mənimsəyir ?

Təcili Tibbi Yardım maşınları niyə saatlarla gecikir ?- TTY-nin avtobazasının müdiri Yaqub Məmmədov dövlət vəsaitini necə mənimsəyir ?
Manşet
Oxunma sayı: 61
Qarajdakı 150-dən artıq  maşın  texniki baxışdan necə keçir ? 

Bu gün  dünyada ən kəskin problem karonavirus pandemiyası ilə mübarizədir. 
Azərbaycanda  bu problemlə çox kəskin şəkildə üz-üzə qalıb. 
Məlumdur ki, koronavirus, ümumiyyətlə,  pandemiya dövründə ən çox yada düşən və ehtiyac olan sahə təcili tibbi yardım sahəsidir. 
Bəli, bu gün minlərlə, on minlərə insan təcili tibbi yardımın ümidinə qalıb. 
Ancaq çox təəssüf ki, paytaxtımızı əhatə edən Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası bu işin öhdəsindən gələ bilmir. 
Düzdür, xəstələrin və müraciət edənlərin sayı əvvəlki vaxrlardan dəfələrlə çoxdur. Ancaq bu əsas vermir ki, təcili yardım maşını 5-6 saat, hətta bəzən 10-15 saat, 1-2 gün geciksin. Bu doğrudan da faciədir. 
Bu qurumun adında axı əbəs yerə TƏCİLİ sözü yazılmayıb. Xəstə öləndən sonra təcili yardım maşının gəlməsinin nə əhəmiyyəti var ? 
Ümumiyyətlə, təcili yardım maşınlarının və tibbi personalın sayı ilə əhali sayı arasında  bir uyğunluq var.  Bizdə  təcili yardım maşınlarının sayı normadan çox aşağıdır. Görəsən, dövlətin ayırdığı milyonlar hara sərf olunub ? 
Yaxşı ki, cənab Prezident İlham Əliyev koronavirus pandemiyası başlayan kimi xeyli sayda yeni təcili yardım maşınlarının alınması üçün göstəriş verdi. Amma yenə də vəziyyət dözülməzdir. 
Əlbəttə, bunun çeşidli səbəbləri var. Bu dözülməz şəraiti yaradanlardan biri də cənab Yaqub Məmmədovdur. 
Söhbət Bakı Şəhər Təcili Tibbi Yardım avtobazasının müdiri Yaqub Məmmədovdan gedir. 
Bəli, hələ dünyanın düz vaxtlarında bu adam avtobazanı özü üçün şəxsu bazaya çevirmişdi. Hətta bu məsələ Milli Məclisdə müzakirə olunub. 
Bəli, təccüblənməyin, parlamentdə Yaqub Məmmədovun məsələsi müzakirə olunub. Hesablama Palatası avtobazada dövlət vəsaitlərinin talan olunması ilə bağlı məsələ qaldırmışdı. Yalandan baş mühasibə, anbar müdirinə töhmət verməklə canlarını qurtardılar. Yaqub Məmmədova isə gözün üstə qaşın var da deyən olmadı. 
Ancaq bütün bu qanunsuz əməlləri, maxinasiyaları, artıq ştat vahidləri saxlayıb maaşlarını mənimsəməyi Yaqub Məmmədov eləmişdi. 
Bəli, neçə illərdir ki, Yaqub Məmmədov qarajda çalışan işçilərin, sürücülərin adına  əlavə maaşlar yazaraq mənimsəyir. 
Qarajdakı maşınların təmirinə, ehtiyyat hissələrinin alınmasına  ayrılan dövlət vəsaiti hara gedir, ay Yaqub Məmmədov ? 
Ona görə də bu gün sınıq-salxaq  təcili yardım maşınları mənzil başına gedib çata bilmir. 
Hər dəfə avtobazada yoxlama olanda  Yaqub Məmmədov qanunsuz mənimsədiyi pulları geri qaytarmalı olur. 
Yuxarıda qeyd etdiyimiz kimi TTY maşınlarının çağırış yerinə vaxtında çata bilməməsində maşınların texniki nasazlığı da böyük rol oynayır.
TTY maşınlarının  texniki baxışdan keçməsi də Yaqub Məmmədov üçün başağrısı yaradıb. 
Hətta Yaqub Məmmədov “QAİ”-nin nasazlığa görə maşınları  saxlamasına da  etiraz edir. 
Guya TTY maşınlarını heç kim saxlaya bilməz. 
Yaqub Məmmədov qaraja məxsus əksər boksları kimlərəsə arendaya verib pul qazanır. Bokslar arendaya verildiyi üçün TTY  maşınlarının texniki baxışına zaman qalmır.
Bundan başqa TTY  maşınları üçün dövlət vəsaiti hesabına alınan detalalr, avtomobil hissələri  satılır. 
Yaqub Məmmədovun aldığı  “kitayski zapçast”lar tez sıradan çıxır və dövlətdən əlavə vəsait tələb olunur. Hələ yanacaq və benzin məsələsi də Yaqubun “çox həssas”  yeridir. 
Qarajın balasında olan 150-dən artıq maşının heç biri texniki baxışdan keçmir,  “görüm-baxım”  yolu ilə yoluna qoyulur. Bəs maşınların texniki baxışdan keçməsi üçün nə qədər vəsait ayrılır?
Bu pullar hara gedir ? 
 Bir sözlə,  TTY-nin avtomobil bazasının müdiri Yaqub Məmmədov karonavirusdan da təhlükəlidir. /Gundelik-baku.com/