İradə Gülməmmədovanın azadlığa çıxan bacısı oğlu Babək hamıya meydan oxuyur- Babək Zalov indi də Mahmud Nəbiyevə ultimatum göndərib…

İradə Gülməmmədovanın azadlığa çıxan bacısı oğlu Babək hamıya meydan oxuyur- Babək Zalov indi də Mahmud Nəbiyevə ultimatum göndərib…
Manşet
Oxunma sayı: 224
Deyəsən “proqulka”da ağlamağı  yadından çıxıb…


Xalama qarşı çıxanlar qarşılarında məni görəcəklər..



Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın “bandası”  barədə xeyli müddətdir ölkə  mətbuatı  dayanmadan yazır. 
Məlumat üçün qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov və daha 5 nəfərə  qarşı  Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülmüşdü. 
Təqsirləndirilən  şəxslər arasında İradə Gülməmmədovanın bacısı oğlu Babək Hacı oğlu Zalov olsa da onun barəsində uzun müddət  həbs qəti imkan tədbiri seçilmirdi. 
Niyə ? Nə üçün ? Məgər Babək Zalov toxunulmazdır ? 
Axı  rayon ərazisində törədilən cinayət işlərinin başında o dururdu. 

Ölkə mətbuatı bu məsələnin üzərinə çox gedəndən sonra məcbur olub Babək Zalov barəsində həbs qəti imkan tədbiri seçdilər. 
Yəni ölkə qanunlarına hörmət olaraq yox, sadəcə, mətbuatın məsələnin üzərinə dayanmadan getməsindən sonra  belə bir qərar verildi. Amma…
Bəli, nəhayət 4 gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi  hökm   oxudu. 
Hökmə əsasən Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib. Və icra başçısının bacısı oğlu Babək Zalov  məhkəmə zalından azadlığa buraxılıb. Ona şərti cəza verilib, özü də 6 il. 
Deməli, əlində heç bir səlahiyyəti olamayan şəxslərə 10 il 6 ay, 6 il cəza...”banda”  başçısı isə azadlığa buraxılır. 
Yeri gəlmişkən, 10 il 6 ay azadlıqdan məhrum edilən Akif Əliyevin qardaşı Prezidentə müraciətində qeyd edir ki,  qardaşım Akifin heç möhürü də yox idi, icra başçısı İradə Gülməmmədova möhürü Akifdən almışdı, hətta Akifin əvəzindən qanunsuz sənədlərə saxta imza atırdı. 
Bəli,  əlində heç möhürü olmayan  Akif Əliyev 10 il 6 ay, cinayətkar şəbəkənin başçısı Babək isə azadlıqda. 
Həm də maraqlıdır ki, hakim hansı məntiqlə  “banda” başçısı Babək  Zalova  6 il şərti cəza verir ? 
Məgər  Cinayət Məcəlləsində 6 il şərti cəza var ?
Hələ bu harasıdır ? 
İradə Gülməmmədova bacısına ( Babəkin  anasına ) deyib ki, kefini də pozma, şərti cəzanı da Babəkin üzərindən götürəcəm. 
Bəli, İradə Gülməmmədova hər yerdə deyir ki, Azərbaycan qanunlarını, məhkəmə qərarlarını “prostinama”  silib ataram. 
Xalasınının gücünü görən  və azadlığa buraxılan Babək  artıq  “şiri minib”  deyir ki,  xalama ( İradəyə ) qarşı çıxanlar qarşılarında məni görəcəklər, mənim qarşımda diz çökəcəklər. Belə yerdə deyiblər ee...Kişidi bu...
Əə, nə tez yadından çıxdı, karantində zır-zır ağlamağın...
Telefona gedəndə 1 vedrə su aparmağın nə tez yadından çıxıb..?  
Başını dəvəquşu kimi soxmuşdun  bir yerə, elə bilirdin görmürlər..? 
Proqulkanın qapısı bağlananda “Mən burada öləcəm”  deyib bağırmağın  yadından çıxıb ? 
Prokurorluğun protest verməyindən sonra “Qarnına ağrı dolmağından, panos olmağından “  elə bilirsən heç kimin xəbəri yoxdur ? 
Xalana  güvənib  kor atını çapırsan hələ. Amma unutma ki,  sənin kimi rüşvətxorları, cinayətkarları DÖVLƏTİMİZ  bağışlamayacaq. 
Hakim  xalanın puluna  görə, səni buraxa  bilər, Azərbaycan cəmiyyəti  sənin kimilərin yaxasını buraxmayacaq. Sən bundan sonra ölkə mediasının qara manşetində  olacaqsan. 
Cənab Prezidentin harınlamış məmurlar, onların harınlamış övladları və qohumları barəsində dediklərini deyəsən xalan İradə ilə  sən  qulaqardına  vurusunuz, Zalov ? 
Dayın oğlu  cavan qızı zorlayır, 30 min manat verib işi bağladırsınız, elə bilirsiniz  bilən yoxdur ? 
Özünüzü bu qədərmi toxunulmaz hesab edirsiniz ? 
Dövlətə meydan oxuyursunuz ? 
Yəni bu qədərmi həddinizi aşmısınız ? 
Deyirsən ki, mən sübut etdim ki, mən Hacının oğluyam. 
Əə, istəyirsən, lap müştehidin oğlu ol. 
Ağdamda tələm-tələsik 20 avtomobili gizlətməyin  yadından çıxıb ? 
Deyirsən ki, hamını satın ala bilərik. 
Deyirsən ki, Mahmud Nəbiyevin məni tutmağa gücü çatmaz. 
Hətta Mahmud Nəbiyevə ultimatum göndərirsən əə...deyirsən Mahmud Nəbiyev  bilsin ki, at sürdüyü yerləri  qarış-qarış  tanıyıram...
Həə, deyəsən, xalanla sənin nəyinizsə artıq düşüb, Zalov. 
Sizin vaxtınız çatıb. Xalana da de, çamadanınızı hazırlayın. Artıq vaxtdır. /Gundelik-baku.com/