HƏBSİ qaçılmaz olan Avni Dəmirçinin Əli Həsənovla əlaqələri- Ziraat Bank-ın lisenziyası niyə ləğv olunmur ?

HƏBSİ qaçılmaz olan Avni Dəmirçinin Əli Həsənovla əlaqələri- Ziraat Bank-ın lisenziyası niyə ləğv olunmur ?
Manşet
Oxunma sayı: 19
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçini də Royalbank-ın sahibi Əli Camın aqibəti gözləyir


Avni Dəmirçi həbs olunmağın bir addımlığında 
 
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin məsələsinə keçməzdən öncə, görək Avni bəyin heyran olduğu Fətullah Gülən kimdir. 
Fətullah Gülən ilk öncə məktəbləri ələ keçirmək, özünə  lazım olan kadrları hazırlamaq istəyirdi. Və buna xeyli nail olmuşdu. Fətullahın  növbəti planı müxtəlif dövlətlərdə idarəetməyə öz “kadrları”nı gətirmək idi. 
Məsələn, Azərbaycanda bu istiqamətdə  xeyli işlər  görmüşdü FETÖ. 
Məsələn, Prezident Aparatında çalışan xeyli cavanın Fətullah əfəndiyə yazdığı məktublar  mediamızda nümayiş edildi. Hətta Prezidentin sabiq köçəkçisi Əli Həsənovun  Fətullah Gülənlə  sıcaq münasibətləri ortaya çıxdı. Məsələn, Əli Həsənova məxsus olan Xəzər TV-nin Fətullaha necə bağlı olduğunu göz önünə gətirin. 
Bu məsələyə  birazdan qayıdarıq. 
Fətullah Gülənin  əsas məqsədlərindən biri də müxtəlif ölkələrdə özünün  banklarını yaratmaq idi. Niyə ? 
Məşhurlardan biri əbəs yerə demir ki, dünyanı banklar vasitəsilə  mafiya idarə edir. 
Fətullah Gülən özü də bir mafiya idi. Və maraqlarına uyğun olaraq  ölkəmizdə də banklar yaratmaq onun əsas planlarından biri idi. 
Belə banklardan biri də  “Ziraat Bank”dır. 
Məlumat üçün  qeyd edək ki,  Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Bankın  “patron”u  Avni Dəmirçi  onu bu vəzifəyə gətirən FETÖ-ya olan simpatiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta Avni Dəmirçi   Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini  Bakıda az qala toy-bayram kimi qeyd etmişdir.  Bu adam hətta o qədər həddini aşıb ki, Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirləri də saymır və iştirak etmir. Ancaq Sumqayıt şəhərində saqqallıların tədbirlərinə  ürəklə qatılır, dəstək verir. 
FETÖ-çular hətta  Qarabağ azad ediləndən sonra  Şuşada filial  açmaq istəyirdilər. Görünür  Fətullah Gülən indi də təsirini  Şuşaya qədər yaymaq istəyirdi. Hətta Avni Dəmirçi öz dilindən deyirdi ki, “Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq”. 
Əlbəttə, 44 günlük savaşda Qardaş Türkiyənin  Azərbaycana dəstəyi  unudulan deyil. Və cənab Prezidentimiz  İlham Əliyev də deyir ki, azad olunmuş torpaqlarda  qardaş Türkiyənin  görəcəyi işlər çoxdur,  türk şirkətləri və bankları  bu məsələdə kənarda qala bilməzlər. Amma…
Həmişə  erməniyə dəstək verən  və bizim əleyhimizə olan ABŞ-ın qanadının altına  sığınan Fətullah Gülənə bağlı olan bank Şuşada  necə fəaliyyət göstərə bilər ? 
Ümumiyyətlə, bu tip bankların əsas işi çirkli pulların leqallaşdırılması, ofşor zonalara  külli miqdarda valyuta köçürmək və milyonlar qazanmaqdır. Və vergidən yayınaraq Azərbaycan dövlətinə ziyan vurmaq .
Bir neçə il əvvəl “Ziraat Bank” kimi başqa bir bank da fəaliyyət göstərirdi. İranın “Royal” bankını deyirik. 
Aqibətləri necə oldu ? 
Lisenziyaları ləğv edildi, vergidən yayınmağa görə cinayət işi açıldı. Düzdür, bankın sahibi Əli Cam bir müddət xarici ölkələrdə gizlənə bildi. Amma sonda ölkəyə gətirilərək cəzasını aldı. 
Əslində  Avni Dəmirçini də eyni aqibət gözləyir. 
Bir müddət əvvəl Avni Dəmirçi  izi itirmək üçün özü İdarə Heyətindən uzaqlaşaraq bankı kənardan idarə edir. 
Hətta redaksiyamıza daxil olan məlumata görə, Avni Dəmirçinin ölkədən qaçmaması üçün ona  STOP qoyulub. 
Nə isə gəldiyimiz  qənaət odur ki, enində-sonunda Avni Dəmirçini də Əli Camın aqibəti gözləyir. 
Sonda onu da qeyd edək ki, Avni Dəmirçi ilə Əli Həsənovun biznes əlaqələri ciddi araşdırılmalıdır.
Amma bizi düşündürən odur ki, bu boyda işlərdən sonra Ziraat Bank-ın lisenziyası niyə ləğv olunmur ?/Gundelik-baku.com/