Xalid-Emin-Cavid Süleymanov qardaşlarının “əməl dəftəri”ndə nələr var ?- Qardaşların “Mezzo Baku” restoranında nələr baş verir ?

Xalid-Emin-Cavid Süleymanov qardaşlarının “əməl dəftəri”ndə nələr var ?- Qardaşların “Mezzo Baku” restoranında nələr baş verir ?
Manşet
Oxunma sayı: 296
Mobil telefon biznesi hara, Əssəlam kolbasa hara ? 




Azərbaycan iqtisadiyyatında çox ziddiyətli məqamlar var.
Birincisi, heç bir tanınmış biznesmen  öz iqtisadi qabiliyyəti, biznes bacarığı ilə uğura imza atmır. 
Biznesdə ad-san qazanmış şəxslərin hərəsinə bir sahəni tapşırıblar. Kiməsə  mebel biznesini həvalə ediblər, bir başqasına  un biznesini, bir başqasına da Rusiyadan, yaxud Ukraynadan dana gətirmək biznesini. Yəni monopolist iqtisadiyyata iqtisadi savaddan, biznesmen bacarığından danışmaq mənasız söhbətdir. Sözün qısası, uğur qazanmaq üçün  sənə konkret xətt və təminat verilməlidir. 
Hətta inhisarçılığı  kənara qoysaq belə, kiməsə gömrük rüsumlarından və vergidən yayınmağa şərait yaradılırsa, başqası onunla necə rəqabət apara bilər ? 
İkinci, gülməli, həm də dünyada analoqu olmayan hal odur ki, bir adam həm müasir kompüter, mobil telefon biznesi ilə, həm də dana, kolbasa biznesi ilə məşğul olur. Bu iki fərqli sahəni necə uzlaşdırmaq olar, axı ?
Bu mövzuda söhbət düşəndə adamın gözünün önünə ilk olaraq  Xalid-Emin-Cavid  Süleymanov qardaşları gəlir. 
Məlumat üçün qeyd edək ki, qardaşların böyüyü Xalid Süleymanov  2 il öncə Bakıda çox təmtəraqla öz şirkətinin açılışını elan etdi. Söhbət  Çinin nəhəng kommunikasiya şirkətinin məhsullarının Azərbaycanda satışından gedir. 
Məlumdur ki, mobil telefonlar artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Varlı-kasıb olmasından asılı olmayaraq hamının üstündə 1-2  telefon var. Digər tərəfdən pandemiya ilə bağlı hətta bağçalar, məktəblər də online  sistemə keçdiyi üçün həyatımızı mobil telefonsuz, planşetsiz təsəvvür etmək olmur. 
Və Xalid  Süleymanovun  “Mi Concept Store”  şirkəti  Azərbaycanda  “Xiaomi”nin bütün məhsullarının  satışını təşkil etməyi   açılışda elan etdi. Hətta açılışda özəl endirimli qiymətlər də təklif olundu. Guya 6 ay faizsiz məhsul satışı olacaq-filan. Və bu satışı “Xiaomi” və “Suleymani” Group-u həyata keçirəcək. Üstəlik də şirkətin gətirdiyi  telefonları, planşetləri   ixtisaslaşmış və peşəkar ustaları özündə birləşdirən mükəmməl servis – “W service” həyata keçirəcək. 
Xalid Süleymanov açılşda çıxış edib bildirdi ki, biz məhsullarımızı  aşağı qiymətlə nağd  və  cüzi faizlə kreditlə satacağıq. Amma  heç bir ay keçməmiş bəlli oldu ki, şirkət müştəriləri hər addımda aldadır. 
Belə ki,  şirkət   dəfələrlə guya qiymətlərin ucuz olması ilə bağlı kampaniya elan edir. Amma alıcılar şirkətin mağazalarına daxil olanda bəlli olur ki, telefonun üstündə  yazılan  qiymətlər “qüvvədən” düşüb. Yəni məhsulun üstündəki qiymətlə, kassada hesablanan qiymətin arasında xeyli fərq var, yəni fırıldaqla məşğuldurlar. Telefonun üstündə 339 manat yazılsa da  389 manata satırlar.
Bu şirkətin məhsullarının təmiri məsələsində də xeyli süründürməçilik  və fırıldaq halları var. Bunları yazaq Süleymanov qardaşlarının  “əməl dəftəri”nə. 
“Əməl dəftəri”  demişkən, görək  bu qardaşların  “əməl dəftəri”ndə daha nələr var. 
Məlumdur ki, müqəddəs  dinimizdə Əssəlam Allahın adlarından biridir.  Süleymanov qardaşları isə Əssəlam adında kolbasa istehsal edib satırlar. 
Birincisi, adama deyərlər  mobil telefon, smartfon hara, kolbasa hara ?
İkincisi, Allahın adı ilə kolbasa buraxmaq  siz qardaşların “əməl dəftəri”ndə qiyamətə qədər qalacaq. 
Yeri gəlmişkən, oxşar mövzuda ötən yazılarımızın birində  Şeyx Nizaminin adı ilə spirtli içki istehsal edənlərdən bəhs etmişdik. Bunlar başa düşmür ki, Şeyx adı hara, spirtli içki hara ?
 Hətta kolbasanın adını bir kənara qoysaq, məhsulun mənşəyi bəlli deyil, nə ətindən hazırlandığı bilinmir. 
Bəli, qardaşların İmişlidəki kolbasa sexlərinin məhsullarından zəhərlənənlər də var. 
Qardaşların  ölkənin paytaxtındakı  “Mezzo Baku”  restoranı da  başqa  oyunlardan çıxır.  
Restoranın kabinetlərində baş verənlərdən, qəribə səslərdən ətrafda yaşayan sakinlər çox narazıdır. Sakinlər deyir ki, restoranda baş verənlər  elə  bil  “Dəli Kür”  filmindəki  Molla  Sadığın mahnılarına oxşayır. 
İndi gördünüzmü, Süleymanov qardaşları nə boyda şəbəkəyə malikdir: mobil telefon şirkətləri, restoranlar, kolbasa sexləri və…
Görəsən bu boyda  geniş şirkətlərə sahib olan qardaşlar vergidən nə qədər yayınır ? 
Bu barədə qardaşların Dövlət Vergi Xidmətində işləyən dostu daha dəqiq bilir. /Gundelik-baku.com/