Tez-tez adını dəyişən “Yelo Bank”- Vahid Ələkbərovun bankı insanları necə müflis edir ?

Tez-tez adını dəyişən “Yelo Bank”- Vahid Ələkbərovun bankı insanları necə müflis edir ?
Manşet
Oxunma sayı: 121
Bank  FAİZƏ  FAİZ  hesablayır…

Bu bank haqqında qısaca onu deyə biləırik ki, 1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə adını dəyişərək  "Nikoil Bank" adlandırılıb. 
2019-cu ildə isə  yenidən adını  dəyişib və Yelo Bank olub. 
Mətbuatda  bu bank Rusiyalı milyarder Vahid Ələkbəovun adı ilə bağlanır. 
Həqiqətən də  iki gün öncə bankın Bakıda yeni  baş ofisinin açılışına Vahid Ələkbərov özü qatılmışdı.
Hətta tədbirdə Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov da iştirak edirdi. 
Hazırda "Yelo Bank" ASC-nin 3-ü regionda olmaqla (Gəncə, Lənkəran, Bərdə) ümumilikdə 13 filialı var. Bankın İdarə Heyətinin sədri  Anar Həsənovdur.    
Aşılışda çıxış edən bankın Müşahidə Şurasının sədri Marina Kulişova  deyir: ”Əsas sərvətimiz burada çalışan əməkdaşlar olduğundan, onlar  üçün ən rahat şəraitin yaradılmasına xüsusi diqqət yetirdik”.
Adama sual verən yoxdur ki, kredit vermək adı altında zəlil günə qoyduğunuz Azərbaycan vətəndaşları  sərvət deyilmi?
Bəlkə faktlara keçək. 
Müharibə  veteranı olan Azərbaycan vətəndaşı  2014-cü ildə Nikoil Bankdan 25 min dollar kredit götürüb. Dolların məzənnəsi 0,78 olarkən götürülən kredit məbləği məzənnəyə uyğun 19500 manat edirdi. İlkin mərhələdə 5000 dollar ödənilib. 
Vətəndaş  deyir ki, mən devalvasiyadan sonra banka daha 25 000 dollar  ödədim. Yəni, hazırkı məzənnəyə uyğun olaraq, müharibə veteranı  banka nə az, nə çox, düz 50 min manat ödəyib. 19500 manat alıb 50 min manat ödəyən müharibə veteranına borcu olmadığını deyən bank daha sonra ortaya 9000 dollar  FAİZİN  FAİZİ   deyilən bir borc atıb. Müştərinin şikayətiylə Ədliyyə nazirliyinin ekspertizası bu borcu yoxlayaraq 7000 dollara salıb. Lakin müharibə veteranı  bu haqsızlıqla razılaşmayıb aidiyyatlı orqanlara müraciət ünvanlayıb, o cümlədən cənab Prezidentə və Birinci Vitse Prezidentə də şikayət edib. 
Sələmçilikdən əl çəkməyən  Yelo Bank isə  vətəndaşı verib  məhkəməyə  və sövdələşərək, pandemiya dövründə və müştərinin, həm də cavabdehin iştirakı olmadan qətnamə çaxarıb.
Vallah heç  37-ci ildə belə məhkəmə olmurdu.  
Ən dəhşətlisi odur ki, Yelo Bank  heç nədən məhkəmənin qərarı ilə  vətəndaşın xəbəri olmadan onun evini, əmlakını ucuz qiymətə  hərraca çıxardıb. 
Bu sələmçilər  başa düşmür ki, ümumiyyətlə, faizin ödənişi əmlaka yönəldilə bilməz, faizin  faizi olmaz. Bu dünyanın hər bir yerində belədir. 
Amma  bizim banklar  faizə də faiz hesablaya bilir. Və Yelo Bankın tətbiq etdiyi bu metodikanın qanuni və hüquqi bazası yoxdur. Heç bir hökumət qərarıyla və sərəncamıyla tənzimlənmir. Bank istədiyi qərarı verə bilir.
Bu prosesdə  banklarla bəzi ədalətsiz məhkəmə hakimləri “bazarlıq”  edirlər. 
Yuxarıda müharibə veteranının  başına gələn hallar  bir deyil, iki deyil. Yelo Bank xeyli sayda Azərbaycan ailələrini zəlil günə qoyub, evlərindən çıxardıb. 
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da iki gün öncə Yelo Bankı bəh-bəhlə tərfiləyirdi. 
Bəli, lətifəsi bunlardan uzaq olsun, “bankir bankirin ayağını tapdalamaz”, amma vətəndaşlarımızın hüquqları tapdalanar…
Ümumiyyətlə, “Yelo Bank”da  maxinasiyalar, qanunsuzluqlar  barədə  Baş Prokurorluqda araşdırma da aparılıb, filial direktorları cəzalandırılıb. 
Təəssüf ki, ortada nəticə yoxdur. Vətəndaşların şikayətləri davam edir… /Gundelik-baku.com/