“Gundelik-Baku.com” Emil Səməndərova xəbərdarlıq etdi- “Proqress” MTK-nın vətəndaşlardan, hətta Qarabağ qazisindən oğurladığı pul bizə lazım deyil…

“Gundelik-Baku.com” Emil Səməndərova xəbərdarlıq etdi- “Proqress” MTK-nın vətəndaşlardan, hətta Qarabağ qazisindən oğurladığı pul bizə lazım deyil…
Manşet
Oxunma sayı: 328
“Gundelik-Bakı”da dərc olunan ““Proqess” MTK-nın cinayət əməlləri- Emil Səməndərov 2-ci Qarabağ müharibəsi qazisinə də mənzil atıb- Bir mənzili  5 nəfərə satan Emil Səməndərov niyə cəzasız qalır ?”  başlıqlı araşdırma yazısından sonra redaksiyamızın qapısını Emil Səməndərovun adamları kəsdirib. Biri gedir, o birisi gəlir, hamısı da “yağlı təkliflə”. 
Gundelik-Bakı olaraq Emil Səməndərova  qəti və konkret olaraq  xəbərdarlıq  edirik ki, yığışdır bu adamlarını. 
Sənin  imkansız vətəndaşlardan, hətta 2-ci Qarabağ müharibəsi  qazisinin ailəsindən  oğurladığın pullardan bizə  göndərdiyin paçka-paçka pulları özünə saxla, lazımın olar. 
Bizim məqsədimiz  kimdənsə paçkalarla pullar alıb yazı çıxartmaq, hüququ pozulan insanların talehini  sənin kimilərin öhdəsinə buraxmaq deyil. 
Bir daha xəbərdarlıq edirik ki, bizi  bezdirən bu hərəkətin davam edərsə, göndərdiyin adamlarla bağlı hüquq-mühafizə orqanlarına xəbər verəcəyik. Qoy, hər şey  qanun və hüquq müstəvisində həll olunsun.
P.S Bizi tanıyan əsl dostlarımız bilir ki, biz bu çirkin niyyətli insanların pis əməllərindən uzağıq.