Fətullah Gülənin MADOSU…- MADO-nun sahibi: “İnsanın iki vətəni olur. Biri DOĞULDUĞU yer, biri də DOYDUĞU yer”

Fətullah Gülənin MADOSU…- MADO-nun sahibi: “İnsanın iki vətəni olur. Biri DOĞULDUĞU yer, biri də DOYDUĞU yer”
Manşet
Oxunma sayı: 15
Fətullah Gülənin  “MADO”su niyə karantin qaydalarını pozur, vergidən yayınır ? 


Biz Gundəlik-Bakı olaraq  türk düşməni  Fətullah Gülənin Azərbaycandakı  şəbəkəsindən çox bəhs etmişik. 
Hətta  Azərbaycanda fəaliyyət göstərən Ziraat Bankın “patronu”  Avni Dəmirçinin  əməlləri, çirkli pulların yuyulmasında rolu, Türkiyənin ölkəmizdəki səfriliyinin  dəvətini qəbul etməməsini, rəsmi tədbirlərə qatılmamasını, amma  FETO-çuların  Sumqayıtdakı məclislərində məmuniyyətlə iştirak edib alovlu çıxışlar etməsini, Fətullahı tərfiləməsini qeyd etmişik. 
Bu dəfə  redaksiyamıza daxil olan məlumata görə, Avni Dəmirçinin  sorağı MADO restoranlar şəbəkəsindən gəlir.  
Bəli, Ziraat Bank kimi, MADO da Fətullah Gülənin şəbəkəsinə aiddir. 
2010-cu ildə  Bakının mərkəzində  fəaliyyətə  başlayan MADO restoranlar şəbəkəsi  barədə bəlkə də çoxları çox şey bilmir. 
Məlumat üçün qeyd edək ki, MADO türk dilində MA-raş şəhərinin ( şirkətin  əsası 1850- ci ildə ilk dəfə bu  şəhərdə qoyulub) adından  və DO-ndurma  sözündən götürülüb. Bu gün dünyada MADO-nun  300-dən artıq ticarət mərkəzi var. 
2010-cu ildə Bakıda fəaliyyətə başlayan MADO-nun paytaxtın mərkəzi rayonlarında  xeyli filialı var. Səhər yeməklərindən tutmuş, türk mətbəxinə və dondurmaya qədər hər şey verilir.  
FETO məsələsinə keçməzdən öncə onu qeyd edək ki, Azərbaycanda  karantin qaydalarına görə keçirilən monitorinqlərin başında, 1-ci yerdə  həmişə MADO-nun adı olur. 
Adama deyərlər ki, sən mənim hökumətimin qoyduğu qaydalara hörmət qoymursansa, əksinə qanunvericiliyin  tələblərini  pozursansa, sənin burada nə işin var ? 
Niyə  camaatımızı karonavirusa yoluxdurursan ? 
Ötən yazımızda qeyd etdiyimiz kimi MADO-da əcnəbiləri hörmətlə, nəzakətlə qarşılayırlar, bizim vətəndaşlara qarşı isə sayqısızlıq var,  daha dəqiq desək, dindar  müştərilə bir cür, dindar olmayanlara fərqli xidmət göstərilir. 
Sən kimsən, ay MADO, ölkəmizdə ayrı seçkilik  yaradırsan ? 
 Adama deyərlər, sən  gəmidə oturub gəmiçi ilə dava edirsən..?  
Həə, deyəsən  gəldik mətləb üstünə...
Görəsən,  burada etdiklərinizi niyə Çində  edə bilmirsiniz, cənab MADO ? 
Məlumat üçün  qeyd edək ki, Çində uyqur  türklərinə qarşı olan işgəncələrlə bağlı  illərdir  ki, dünya  bağırır.
Amma Fətullah Gülənin dostu, MADO-nun sahibi deyir:
“İnsanın iki vətəni olur. Biri  DOĞULDUĞU   yer, biri də DOYDUĞU  yer. Mən bu gün Çində qarnımı doyururamsa, deməli vətənim Çindir və  mən Çinliyəm”. 
İndi aydın oldumu ki, MADO üçün vətən, millət qarın doyurmaqdır. 
Ən maraqlısı odur ki, Fətullah Gülənə məxsus olan o boyda Qafqaz universitetini  bağlama mümkün olduğu halda MADO-ya,  ZİRAAT Banka hətta nəzər salan yoxdur. Niyə, nə üçün ? 
Sözün düzü, bu məsələ bizim üçün də maraqlıdır. /Gundelik-baku.com/