“Veysəloğlu”nun sahibi AYDIN-ın QARA ƏMƏLLƏRİ..- VEYSƏLOĞLU səhər, günorta, axşam qiymətləri qaldırır..

“Veysəloğlu”nun sahibi AYDIN-ın QARA ƏMƏLLƏRİ..- VEYSƏLOĞLU səhər, günorta, axşam qiymətləri qaldırır..
Manşet
Oxunma sayı: 12
Veysəlinoğlu, 17 min işçi  x 200 man = 3 MİLYON 500 MİN MANAT  

Qiymətlərin qaxması, enməsi, hətta uzun müddət  sabit qalması  dünyada baş verən hadisədir. Yəni  bu məsələdə qeyri-adilik axtarmağa ehtiyac yoxdur. 
Həm də nəzərə almaqlıyıq ki, dünyada qiymətlərin artması uzun müddətə baş verir, yəni ən pis halda 1 ildə qiymət  uzağı 3 dəfə dəyişə bilər. 
Amma Veysəlin oğlu  qiymətləri  1 gündə 3 dəfə dəyişir. 
Bəli, təəccüblənməyin, “Veysəloğlu” Şirkətlər Qrupunun sahibi  Aydın Talıbovun göstərişi ilə şirkətə daxil olan “Araz”, “Oba” və digər marketlərdə  qiymətlər səhər bir cür, günorta fərqli,  axşam isə tam fərqli olur.  Bu adam  1 gündə 3 dəfə qiymət dəyişir. 
Bu adama başa salan yoxdur ki, dünya tarixində belə bir şey olmayıb. 
Ayy Veysəlinoğlu, öz müsahibələrində  elmdən-zaddan,  ekonomikadan, bazar iqtisadiyyatından basıb-bağlayırsan, amma çox savadsız adamsan, bilmirsən ki, iqtisad elmində belə hallar yoxdur. 
Veysəlinoğlu, deyirsən ki, 17 min işçim var. 
Çox gözəl. 
Sənin şirkətində  işçilərə verilən əmək haqqı kağız üstündə, yəni sənədlərdə bir cür, realda isə çox fərqlidir. 
Biz bu məsələni ciddi araşdırmışıq və bilirik ki, işçilərə 300-350 manat maaş  YAZIB, realda 500-550 verirsiniz, yəni fərq  200 manat edir. 
Veysəlinoğlu, müsahibəndə deyirsən ki, riyaziyyat imtahanından 5 almışam, gəl indi hesablayaq. 
17 min işçi  x 200 man = 3 MİLYON  500 MİN MANAT..
Təkcə qara mühasibatlıqda bu qədər  saxtalaşdırma edirsən. Gör dövlət büdcəsinə nə qədər atırsan ?
Veysəloğlu, filial müdirlərinə nə qədər maaş verirsən ? Kağız üstündə nə qədərdir ? 
Hamısını öyrənmişik. 
Biz əlimizdə “dannılar” olmadığı üçün digər vergidən yayınmanı hesablaya bilmirik. 
Amma  sağ olsun RƏSMİ xəbərləri...
Bunu biz demirik haa...rəsmi xəbərdir. 
Veysəlinoğlu, sivil dünyadan-zaddan danışırsan. Dünyada 100 ildir ki, 7-8 saatlıq iş rejimi tətbiq olunur. 
Sən isə...işçiləri  72 saat işlədirsən. 17 min işçini  72 saat...
Bəli,  "Veysəloğlu”  işçiləri  Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, həftədə 6 gün, gündə 12 saat işləməyə məcbur edilirlər. Yəni, işçilər həftədə 72 saat istismar edilirlər. İşçilərə əmək müqavilələri  verilmir. 
Bəs  görəsən   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Vergi Xidməti orqanları  hara baxır ? 
Hə, deyəsən  nəhayət bir rəsmi xəbərə rast gələ bildik. 
Dövlət  Vergi Xidməti “Veysəloğlu” şirkətinə qarşı   2 milyon manat maliyyə sanksiyası tətbiq edib. 
Gundəlik-Bakıya daxil olan məlumata görə, Veysəlinoğlunun  maliyyə patronu Nüsrət müəllim şirkətin qara-qura sənədlərinə əl gəzdirir, guya abıra salır və dövlətə arxadan  zərbə vurur. 
Nüsrət müəllim deyəsən Təranə xanım sənə də bir xellək atıb. Boslarından gizlədib tikdirdiyin 10 milyonluq hoteli hansısa banka qoyub 12 milyon götürmək arzun deyəsən baş tutmadı. Amma, deyirlər istintaqa səni də çağıracaqlar.
Bu barədə növbəti yazıda. Bizi izləyin. /Gundelik-baku.com/