Keçmiş “partkom”, “instruktor”, “bazarkom” hara, universitet rektoru hara ? - HAVAR MƏMMƏDOVUN REKTORLUQ STAJI….

Keçmiş “partkom”, “instruktor”, “bazarkom” hara, universitet rektoru hara ? - HAVAR MƏMMƏDOVUN REKTORLUQ STAJI….
Manşet
Oxunma sayı: 180
Havar Məmmədovun Mühəndislik Universitetinə ( keçmiş Qafqaz ) rektor olması təhsilimizə ironiyadır...

Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki,  2000-2016-cı illərdə, yəni  16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş  Havar  Məmmədovun  Bakı Mühəndislik  Universitetinə  ( keçmiş  Qafqaz Universiteti  ) rektor  təyin olunması  təhsil tariximizə  ironiyadır. 
Niyə ? 
Ondan başlayaq ki, Fətullah Gülən, FETO məsələsini bir kənara qoysaq ( bu siyasi məsələdir ), Qafqaz Universiteti  Azərbaycanın təhsil tarixində ən səviyyəli, ən nümunəvi təhsil ocağı idi. 
( Kimin şübhəsi varsa, buyurub  Qafqaz Universiteti ilə bağlı  dövlət rəhbərlərimizin, nazirlərimizin dediyi  fikirlərin videosuna baxa bilərlər). 
Əslində Qafqaz universitetinin  rüşvətdən uzaq, yüksək təhsil ocağı olmasına kimsənin şübhəsi də yoxdur. 
Bəli, biz də razıyıq ki, Türkiyədə yaşanan olaylardan sonra Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi. 
Əlbəttə, qardaş Türkiyənin istəyinə də  anlayışla yanaşmalı idik. Bunlar hamısı normal. Amma...
Əmması odur ki, 1 manat rüşvətin olmadığı universitetə 16 il  Texniki Universiteti rüşvət yuvasına, sözün həqiqi mənasında bazara çevirən  Havar Məmmədovu rektor qoymaq...çox dəhşətli məsələdir. Bu elə bil  “bazarkom”u  mənəvi-təlim-tərbiyə ocağına  rəhbər qoymaqdır. 
Axı, əslində əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox  “komsorq”, “partkom”,  təlimatçı-instruktor  kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq  olmazdı. 
Bəli,  Qafqaz Universiteti  ləğv olunanda  bir müddət Bakı Ali Neft Məktəbinin tabeçiliyində oldu ( bu daha məqsədə uyğun idi ), sonra necə oldusa, ayrıca universitetə çevrildi – Bakı Mühəndislik Universiteti oldu, rektoru da  Havar oldu. 
Nə isə...4 ildir ki,  Havar Məmmədov  BMU-ya rəhbərlik edir. 
Biz əbəs yerə yazmadıq ki, Havar  Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu  istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi. 
Bəli, Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə  prorektor olanda tələbələrin hesabına nələr qazanmadı?
16 il il ATU-da rektor olduğu müddətdə  milyonlar qazanıb, oliqarxa çevrildi. 
Təsəvvür edirsiniz rektorun  marketləri var. Adama deyərlər ki, rektor hara, market hara ? 
Bu adamdan soruşan yoxdur ki, Xocahəsəndəki dəmir beton zavodunu  hansı pulla almısan ? 
Bəs 4 milyonluq villanı necə? 
Əlbəttə,  universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə  villa tikdirdin. 
Bəlkə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki  6 milyon dəyəri olan  3 mərtəbəli villanın   hesabını soruşaq ?
Bax, istintaq  Havar Məmmədovdan bunları soruşmalıdır .  
Biz hələ “kafi”, “yaxşı”, “əla”  qiymətləri neçəyə  yazması, it  boğuşdurmaqdan  qazandığı pullar barədə yazmırıq, çünki bunlar  “xırda summa”lardır. 
Yuxarıda qeyd etdiyimiz suallara aydınlıq gələndən sonra  hamıya bəlli olacaq ki, Havar kimi birisini Qafqaza rektor  qoymaq həqiqətən də ironiyadır. /Gundelik-baku.com/