“Ziraatbank”ın patronu Avni Dəmirçi ilə HMO-nun həbs etdiyi Faiq Bağırovu nə birləşdirir ? - “Türkiyə Ziraat Bankı”n sədri Alpaslan Çakarla Avni Dəmirçinin FETO sevgisi

“Ziraatbank”ın patronu Avni Dəmirçi ilə HMO-nun həbs etdiyi Faiq Bağırovu nə birləşdirir ? - “Türkiyə Ziraat Bankı”n sədri Alpaslan Çakarla Avni Dəmirçinin FETO sevgisi
Manşet
Oxunma sayı: 28
Xeyli müddətdir “Gündəlik-Bakı”  olaraq ölkəmizdə fəaliyyət  göstəərn “Ziraatbank”ın  “patron”u  Avni Dəmirçinin əməlləri barədə araşdırma yazıları dərc edirik. 
Bu yazıları yazmaqda yeganə məqasədimiz  dövlətimizin maraqlarını qorumaqdır. 
Dəfələrlə  xatırlatmışıq ki, vaxtilə Azərbaycanda  İranın  “Royalbank”ı  fəaliyyət göstərirdi. 2012-ci ildə həmin bankın  lisenziyası ləğv edildi və bankın  filial müdirləri həbs edildi. 
“Royal Bank”-ın sahibi olan  Əli Cam isə  Azərbaycandan qaça  bildi. Onun barəsində  Azərbaycanın hüquq-mühafizə orqanları axtarış elan etdi. 
Düzdür,  8 il sonra, yəni 2020-ci ildə Əli Cam həbs olunaraq  Azərbaycana gətirildi və  Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv olunan “Royal Bank”ın direktoru Cam Fuad və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın cinayət işi üzrə məhkəmə prosesi oldu. Və ata-oğul külli miqdarda mənimsəmə və vergidən yayınma maddəsi ilə həbs edildilər. 
Bu məsələnin rəsmi tərəfidir. Əslində isə böyük miqdarda çirkli pullarn yuyulmasından söhbət gedirdi. 
Görəsən xarici  bir bankda bu boyda cinayət əməlləri baş verəndə Mərkəzi Bank bunu görmürdü ?
Mütləq 10 il gözləmək lazım idi ? 
Görəsən, “Royal Bank”la Kənd Təsərrüfatı Nazirliyi arasındakı sövdələşmələr, maxinasiyalar niyə araşdırılmadı ? 
Bütün bunları yazmaqda məqsədimiz odur ki, eyni proseslər neçə ildir ki, ölkəmizdə fəaliyyət göstərən “Ziraatbank”da da baş verir. 
Bankın “patronu”  olan Avni Dəmirçinin əməlləri barədə xeyli vaxtdır  yazırıq. 
Qısa xatırlatma üçün qeyd edək ki, Avni Dəmirçi  Türkiyənin düşməni Fətullah Gülənin tərəfdarlarından biridir.
Bu adam hətta ölkəmizdəki qardaş Türkiyə səfirliyinin rəsmi tədbirlərinə qatılmır. 
Ancaq  radikal dinçilərin tədbirlərində başda əyləşib Fətullah Gülənə təriflər deyir. 
Bu adam Bakıda oturub milyonlar qazanır və onun barəsində tənqidi yazılar yazan media orqanlarını məhkəmə yolu ilə susdurmaq istəyir. 
Bu adamdan  dəfələrlə  media vasitəsilə soruşmuşuq ki, sən bu əməllərinin bircəsini Türkiyədə etsəydin bilirsən səni nə gözləyərdi ? 
Hətta çıxış yolu da göstərmişik ki, bu adam ölkəmizdən deport olunmalıdır. Amma  ortada nəticə yoxdur. 
Gündəlik-Bakının araşdırmaları nəticəsində bəlli olub ki, Avni Dəmirçi ilə 2020-ci ildə HMO-nun həbs etdiyi Faiq Bağırov arasında  ciddi biznes  əməkdaşlığı olub. 
Söhbət Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovdan gedir. 
Məlumdur ki,  Faiq  Bağırov  Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub. 
Faiq Bağırovun kimlərlə  yaxın qohum olması isə başqa  bir yazının mövzusudur. 
Bəli, Avni Dəmirçi  Faiq Bağırovla  eyni əməllərin iştirakçısı olub. 
Bütün bunlar azmış kimi, Avni Dəmirçinin Alpaslan Çakarla  da ciddi  əlaqələri var. 
Söhbət  Türkiyə Banklar Birliyinin və Türkiyə Ziraat Bankı-nın idarə heyətinin sədri Alpaslan Çakardan gedir. 
Məlumat üçün qeyd edək ki, Çakarın sədr olduğu Türkiyə Ziraat Bankı  “Ziraat Bank Azərbaycan”ın 99% səhm payına sahib əsas səhmdarıdır. 
“Ziraat Bank Azərbaycan” ASC noyabr ayında 158 illik tarixini qeyd edəcək Türkiyənin Ziraat Maliyyə Qrupuna daxildir. Ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində hazırda ümumi 6 filialı mövcuddur, yaxın günlərdə 7-ci filialının açılışı gözlənilir. 
Biz bir media olaraq  bildiklərimizi yazdıq. 
İndi növbə dövlət qurumlarının və  Çakarın dostu Elman Rüstəmovundur. 
P.S. Alpaslan Çakarla  bağlı Türkiyə mediasında  gedən 1 milyard dollar məsələsini ciddi izləyirik. 
Növbəti yazıda Avni Dəmirçi ilə Rza Zərrabinin birgə cinayət əməllərini araşdıracağıq. /Gundelik-baku.com/