Veysəloğlunun satdığı PATRON tumunun içindən “paslı mismar” çıxır... - Aydın Talıbov, sən qurdlu şokoladı necə Azərbaycan brendinə çevirə bilərsən..?

Veysəloğlunun satdığı PATRON tumunun içindən “paslı mismar” çıxır... - Aydın Talıbov, sən qurdlu şokoladı necə Azərbaycan brendinə çevirə bilərsən..?
Manşet
Oxunma sayı: 6 972
Aydın Talıbov, satdığın xurmanın kiflənməsinə, pendirin vaxtının keçməsinə görə, biz günahkarıq? 

 “Gündəlik-Bakı” olaraq “Veysəloğlu” Şirkətlər Qrupunun “patron”u  Aydın Talıbova dəfələrlə xəbərdarlıq etmişik ki,  bizə minnətçi salma, bizimlə “bazar söhbəti”  eləmə, xalqa  layiqli  xidmət göstər...onda  biz nəinki  sənin barəndə tənqidi yazılar yazmarıq, hətta sənin gördüyün müsbət işləri  dövlətimiz, cəmiyyətimiz naminə təbliğ də edə bilərik. 
Adama bundan artıq nə demək olar...
Adam, sən üzünü çevir millətimizə, xalqımıza sarı və ona doğru 1-cə addım at, biz sənin şirkətlərinə doğru 5 addım atmağa hazırıq. Çünki bu bizim prinsipimizdir, onu poza bilmərik. 
Sən isə arxanı çevirmisən millətə və dövlətə...və bizdən dəstək istəyirsən. Bu necə ola bilər..?
Sən  bizim millətimizə  qurdlu şokolad yedirirsən və deyirsən bu barədə yazmayın, gəlin söhbət edək...
İndi də məlum olub ki, sənə məxsus “Araz”  marketlərində satılan  “Patron Tum Yaquar”ların içərisindən  paslı mismar çıxıb. 
Əlimizdə konkret faktlar var, ortada şikayətçi var. 
Bəli, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanda yaşayan  sakin Şıxıyeva Günel Nadir qızı “Gündəlik-Bakı”ya müraciət edərək  bildirib ki, Araz marketindən aldığı  70  qəpik dəyəri  olan Patron tumunun içərisindən paslı mismar çıxıb. 
Buyurub baxa bilərsən: satış çeki N 91868
Ən maraqlısı isə məhsulun üstündə göstərilən istifadə müddətidir. 07.01.22 – 07.04.22
Deməli, şikayətçi  şirkətə  telefon açıb şikayətini bildirəndə şirkətin nümayəndəsi onu başından eləyir və laqeyd yanaşır. 
Buna nə deyirsən, Veysəl müəllimin oğlu ? 
Bütün bunları Gündəlik-Bakı eləmir, sizin müştəriniz olan Azərbaycan vətəndaşları edir. 
Cənab patron, satdığın PATRON tumlarının kiflənməsi barədə yazanda, bunu qərəz, böhtan hesab edirdin. 
Əhaliyə satdığın ULDUZ şokoladının içindən qurd çıxır və bunu yazdığına görə, Gündəlik-Bakını ittiham edirsən. 
Adam, konkret  müştəri deyir ki, “Araz” marketdən aldığım şokoladın içindən qurd çıxdı, növbəti dəfə eyni hal baş  verib. 
Şikayətçi deyir ki,  “Araz”  marketdən xurma aldım kiflənmişdi, pendir aldım vaxtı keçmişdi, hətta zəhərlənə bilərdik...
Cənab Aydın Talıbov, bunları müştərilər deyir. 
Sən isə deyirsən ki, ULDUZ şokoladını  dünyada Azərbaycan BRENDİNƏ çevirəcəm. 
Adamın yadına “Alış, nəyinən...” lətifəsi düşür. 
Aydın Talıbov, sən qurdlu şokoladı  necə Azərbaycan brendinə çevirə bilərsən..? 
Sən Allah, bizi dünyada biabır eləmə...
Çalış, 600 nəfərin işlədiyi   “Ulduz”  fabrikində  qənnadı məhsullarının içindən QAYKA, BOLT çıxmasın...BRENDİN bizə lazım deyil. 
Cənab Aydın talıbov, ötən yazımızda yazdıq ki,  Araz marketdə reklam firmasının nümayəndəsi olan xanım marketdə əyləşib çay içdiyi zaman tavan uçaraq onun üzərinə tökülüb. 
Nəticədə firma nümayəndəsinin üzü kəsilib, üz-gözü dəhşətli vəziyyətə düşüb, hətta zərbənin ağırlığından xanımın fəqərə sütunu sınıb…
Hətta  əməkdaşlarınız Təcili yardım çağırmağa imkan verməyib, hətta  kameradakı  görüntüləri gizlətmisiniz və s. 
Cənab Aydın Talıbov, biz bunu konkret şikayət əsasında hazırlamışdıq, niyə cavab vermədiniz ? 
Yazdıqlarımızın birini niyə təkzib edə bilmirsən ? 
Çünki  yazdıqlarımız həqiqətdir. Necə təkzib edə bilərsən ?
Aydın Talıbov, sənə bir daha xəbərdarlıq edirik ki, səninlə şəxsi müstəvidə mübarizəmiz yoxdur. 
Sən şirkət rəhbəri olaraq vergidən yayınma, vaxtı keçmiş məhsulları “Oba”  marketdə  kasıb təbəqəyə satma, qara mühasibatlığı yığışdır  və s...Gündəlik-Bakının səninlə problemi olmayacaq. Vəssəlam. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/