Paytaxtda iki icra başçısı vəzifələri ilə vidalaşacaq- Arif Əsgərov və Süleyman Mikayılov yola salınır….

Paytaxtda iki icra başçısı vəzifələri ilə vidalaşacaq- Arif Əsgərov və Süleyman Mikayılov yola salınır….
Manşet
Oxunma sayı: 6 396
Yanvar ayının ikinci ongünlüyündə Azərbaycanda bir neçə icra başçısının işdən azad olunacağı haqda məlumat vermişdik. Belə ki, müxtəlif rayonlarla yanaşı, paytaxtda da bəzi icra başçılarının vəzifələrindən azad olunacağı, hətta bunlar arasında həbs təhlükəsi yüksək olanların mövcudluğu haqda da dəyərli oxucularımızı bilgiləndirmişdik.
Etibarlı mənbələrdən Gundelik-baku.com-a daxil olan məlumat əsasında  qeyd edirik ki, yaxın günlərdə Bakının bir neçə rayonunun icra başçısı vəzifələri ilə vidalaşacaqlar. Əslində bu cür məsələlər yerlərdən daxil olan şikayətlərin əsasında baş verir. Ən çox şikayət daxil olan rayonlar arasında Nəsimi, Qaradağ, Masallı, Ağcabədi, Şəki, Saatlı, Sabirabad, Astara, və Gəncə şəhəri olsa da bunlardan Nəsimi və Qaradağ rayonlarındakı şikayətlərin sayı bitib-tükənmək bilmir. Yaxın günlərdə Nəsimi və Qaradağ rayon icra hakimiyyətlərinin başçıları vəzifələri ilə vidalaşacaqları söylənilir.