Mərdan Camalovun fırıldaqları.... - Mərdan müəllim niyə ağzını Namıdanın tok vuran yerinə qoyub, “Sübhan, Sübhan..” deyir...

Mərdan Camalovun fırıldaqları.... - Mərdan müəllim niyə ağzını Namıdanın tok vuran yerinə qoyub, “Sübhan, Sübhan..” deyir...
Manşet
Oxunma sayı: 6 454
Sübhan kimdir, ay Mərdan müəllim..? 

Mərdanın “qara kassiri”  Aqil  onu necə ifşa etdi..? 


Bu adamın əməlləri barədə nə qədər yazsaq da mövzu tükənmək, bitmək bilmir. 
Bir insan, ömründə nə qədər fırıldaq, saxta əməllərin sahibi ola bilər..? 
Bu adam gah familyasını-soyadını dəyişir, gah anım günündə  qırmızı geyinir, gah topdağıtmaz  sərvətini həyat yoldaşının adına  keçirib özünü guya  “bankrot”-müflis elan edir...
Guya  illər boyu əldə etdiyi sərvəti  kiminsə adına keçirməklə özünü bəri başdan sığortalayır, gələcək müsadirələrdən yayınmaq istəyir...
Belə yerdə deyirlər ki, ay səni tok vursun...
Sənin bütün əmlakının, xalqdan və dövlətdən əldə etdiyin sərvətin dəqiq siyahısını ortaya qoyuruq, sən də başa düşürsən. Düşünürsənki mən nə edim, artıq bacarmıram. Bəlkə puldan-zaddan basım, bu jurnalistləri öldürtdürüm, həbs elətdirim. Mərdan Camalov, sən biləsən and içirik sənin o qapqara rənginə sənin bizə gücünün çatmağı sənin kalibirində deyil. Nəslində, kökündə nə qədər adam var yığasan bizə gücün çatmaz. Jurnalistləri sıxışdırmaq ölkədə narazılıq yaratmaq deməkdir.
Və biləsən ki, atalar demişkən, cidanı çuvalda  gizlətmək olmaz, media sənin bütün qaranlıq yerlərinə işıq salıb, səni xalqa tanıdanda sən onda korteclə gəzirdin.
Sənin saxta əməllərindən biri də heç bir təhsili-filanı olmayan Namıdanı vəzifəyə təyin etməyindir. 
Düşünmüsən ki, sənin kimi adi bir coğrafiya müəllimi yüksək vəzifə sahibi  ola bilərsə, təhsili olmayan Namıda niyə idarə müdiri olmasın...
Bax, sənin kimilərin idarəçilik, dövlətçilik tərbiyəsi bundan o yana keçmir. 
Mərdan müəllim, and olsun Namıdanın tok vuran yerinə...
O yerə ki, hər gün and içirsən, hər gün ağzını  Namıdanın tok vuran yerinə qoyub, Sübhan, Sübhan deyib qışqırırsan...
Bəli, Mərdan müəllim, sən ağlamırsan, məhz  qışqırırsan..
Sənin göz yaşları axıdan şəhid xanımına  “Aaz, nə zırıldayırsan, bəsdir dəə...”  deməyini bütün camaat bilir və bu sözlər sənin qaşqana ləkə kimi yazılıb. 
Şəhidin həyat yoldaşına bir  süpürgəçi işi də  vermirsən,  amma heç bir savadı olmayana, Namıdaya vəzifə verirsən, altına bahalı maşın alıb qoyursan, hələ üstəlik ağzını da  tok vuran yerə söykəyib deyirsən ki, ay Namış, kaş tok məni vuraydı...
Hələ bu harasıdır..? 
Mərdan müəllim, Namıdaya  çəp baxanı Cinayət Məcəlləsinin istənilən maddəsi ilə içəri basdıra bilər. Hətta bir neçə dəfə basdırıb da. 
Bəli, Mərdan müəllim üçün Namıda hər şey deməkdir...
Rayonda  Mərdan müəllimə görə, çoxları Namıdaya  “ana-bajı”  deyir, ona hörmət və etiramla yanaşır. Hamı deyir ki, kaş Namıdanı tok vurunca, Mərdan müəllimi tok vuraydı və camaatın canı bir yolluq qurtaraydı...
Yeri gəlmişkən, ay Mərdan müəllim, Sübhan kimdir ki, onu unuda bilmirsən...
Mərdan müəllim, başa düşmür ki, Aqilin məsələsi elə-belə başa çatmayacaq. 
Söhbət  Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyevin həbs edilməsi ilə bağlı məsələdən gedir. 
Rəsmi məlumatdan  bəllidir ki,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyev həbs olunarkən onun iş otağında 300-dən artıq plastik kart və küllü miqdarda pul istintaq materalı olaraq götürülüb.
Bəli, Aqil Vəliyevin həbs olunması, Mərdan müəllimi nəinki tok, hətta ildırım kimi vurub.
Çünki  Aqil Vəliyev  verdiyi ilk izahatında etdiyi əməllərin Mərdan müəllim tərəfindən tapşırıldığını deyib. 
Bundan qorxuya düşən Mərdan müəllim bütün gücünü, pulunu işə salaraq Aqili bir neçə günlüyə xilas edə bilsə də Aqil Vəliyev yenidən saxlanılıb. 
Mərdanın qorxuya düşməsinin ciddi səbəbləri var idi. 
Birincisi, Aqil Vəliyev rayonda Mərdan müəllimin “qara kassası”  kimi tanınırdı. 
Ona görə də Aqil Vəliyev bildirib ki, işəgötürmə və texniki avadanlıqların alınması və silinməsi, birbaşa Mərdan müəllimin  əmri ilə onun müavini  Samit Abıyevin nəzarəti altında olub. 300 dən çox plastik kartdan ona 20-30-u qalıb ki, o da dolanışıq pulu olub. 2015-ci ildən bu günə qədər başlayan məlum əməliyyatdan 900 min manat, Samitin əlilə Mərdan müəllimə ötürüb. Bir neçə yüz min manat da Samit Abıyevə verib. 
İndi gördünüzmü, Mərdan müəllim Milli Qəhraman, şəhid ailəsi, əlil, yetim və digərlərinin də xəbərləri olmadan adlarına əmək haqqı “oformit”  edərək  mənimsəyib. 
Ayda 200  manat maaş hesabı ilə 300-dən çox əmək haqqı kartı həmişə Mərdan müəllimin  nəzarətində olub. Bu ayda 60 min, ildə 720 min deməkdir. Bunu da illərə vuranda...Namıdanın tok vuran yeri  yada düşür, ay Mərdan müəllim. Allah sənin evini yıxmasın, sən nə qədər yetim-yesirin  çörək pulunu yemisən. 
Bax, ona görə də rayon camaatı  deyir ki, nə üçün Mərdan müəllimi işdən çıxartmırlar ki canımız qurtarsın...
Hazır ol, Mərdan müəllim, gəlirlər  səni aparmağa... /Gundelik-baku.com/