Gülsarə Kərimovnanın ƏDALƏT, yoxsa ƏDAVƏT tərəzisi..? - Gündəlik-Bakı heç vaxt barəsində yazmadığı Camalzadə tərəfindən məhkəməyə verilib…

Gülsarə Kərimovnanın ƏDALƏT, yoxsa ƏDAVƏT tərəzisi..? - Gündəlik-Bakı heç vaxt barəsində yazmadığı Camalzadə tərəfindən məhkəməyə verilib…
Manşet
Oxunma sayı: 6 505
Absurd  məhkəmə işi davam edir….

Məhkəmə deyəndə ilk ağıla gələn ƏDALƏT TƏRƏZİSİ olur.
Məlumdur ki, ədalət, ədliyyə və s sözlər “ədl” sözündən olub, insaf, bərabərlik mənalarını daşıyır.
Ədalət tərəzisi də odur ki, hakim bu tərəzidə kimsəyə fərq qoymur, qərarları ədalətli verir.
Amma çox təəssüf ki, Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovnanın tərəzisi “zakaz”la, yəni sifarişlə işləyir. 
Ən dəhşətlisi odur ki, Gülsarə Kərimovnanın tərəzisi ƏDALƏTə  deyil, ƏDAVƏTə  söykənir. 
Kimin buna zərrəcə şübhəsi varsa, buyurub məhkəmə sədrinin əməlləri ilə tanış ola bilər. 
Biz uzun-uzadı  Gülsarə Kərimovnanın Türkmənistanda doğulmasından, orada işləməsindən, müstəqil Türkmənistan dövlətinin vətəndaşı olmasından və günün birində  Azərbaycan vətəndaşı olmadığı halda Azərbaycanda məhkəmə hakimi, hətta məhkəmə sədri olmasından bəhs etmək istəmirik. Bu barədə kifayət qədər yazılıb. 
Gülsarə Kərimovnanın kağız üzərində məcburi köçkünləri boşadaraq etdiyi qanunsuzluqları da bir kənara qoyuruq. 
Bu yazının mövzusu konkret olaraq odur ki, Gundelik-Baku.com saytı ilə bağlı Mərdan Camalzadənin Nəsimi rayon məhkəməsinə göndərilmiş iddiasında cavabdehlik gundelik-baku.com saytının üzərindən götürülərək Habil Vəliyevin üzərinə qoyulub. 
Birincisi, məhkəmə hansı əsasla cavabdehliyi  Habil Vəliyevin üzərinə yönəldib..? 
İkincisi, məsələnin Nəsimi rayon məhkəməsinə nə dəxli var..? 
Bu sulların heç birinə cavab tapmaq olmur. 
Üçüncüsü  və ən əsası Gündəlik-Baku.com saytında, ümumiyyətlə, Mərdan Camalzadə  ad-soyadlı şəxsin barəsində yazı dərc olunmayıb. 
Bu dərəcədə absurd  məhkəmə çəkişməsi ola bilməz. 
Nə isə zəlzələdən, yaxud vəlvələdən Nəsimi rayon məhkəməsi  işi  Zəngilan rayon məhkəməsinə “perevod” edib.  
bu gün, yəni 6 may 2022-ci il tarixdə Zəngilan tayon məhkəməsi Gülsarə Kərimovnanın  sədrliyi ilə işə baxıb. 
Birincisi, səhər saat 10-00-da başlamalı olan məhkəmə prosesi xeyli  yubanıb. 
Görəsən, Gülsarə Kərimovna Məhkəmə-Hüquq Şurasının süründürməçilik, məhkəmə iclaslarının vaxtında keçirilməməsi ilə bağlı konkret göstərişlərini niyə qulağına almır. 
İclasda çıxış edən  Habil Vəliyev bildirib ki, hakimin sifarişlə hansı qərar qəbul edəcəyi əvvəllcədən bəlli olduğu üçün məhkəmənin obyektiv keçiriləcəyinə inanmır, hətta təzminatın 10 min olacağı da bəllidir.
Həm də və ən əsası  Habil Vəliyevlə məhkəmə  sədri Gülsarə İmanova arasında neçə il öncənin ədavəti, şəxsi qərəzi olduğu üçün bu işə Gülsarə İmanovnanın baxması yolverilməzdir.  
Digər tərəfdən əvvəlki məhkəmə işində linqvistik  ekspertiza zamanı  bəlli olub ki, gundeik-baku.com saytında, ümumiyyətlə, Mərdan Camalzadə  adda-soyadda  adamdan yazı dərc olunmayıb.
Belə olan halda Mərdan  Camalzadə  sayta, yaxud Habil Vəliyevə qarşı  şərəf, ləyaqət və işgüzar nüfuza zərbə iddiası ilə necə məhkəməyə müraciət edə bilər..? 
Yaxud  bu halda  hakim  Gülsarə  Kərimovna Mərdan Camalzadənin nüfuzunun zədələnməsi məsələsinə necə baxa bilər..? 
Digər tərəfdən, Gülsarə Kərimovnanın Mərdan Camalzadə üçün canfəşanlıq etməsi, dəridən-qabıqdan çıxması, hətta iddiaçının tələb etdiyi  təzminat  məbləğini olduğu kimi saxlaması çox şeydən xəbər verir. 
Bəli, Gülsarə Kərimovna iddiaçının 10000 ( on min ) manat tələbini 1 manat da azaltmadan qəbul edir. 
Biz düşünürük ki, bu işə hansısa erməni məhkəməsi baxsaydı, heç olmasa, 5 manat güzəştə gedərdi. 
Amma ƏDAVƏT  Gülsarə Kərimovnanın gözünü necə örtübsə, o bütün qanunları və dəyərləri tapdalayır. 
Yeri gəlmişkən, görəsən Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna başa düşmür ki, iddia ərizəsində nəinki bir söz, hətta bir hərf düzgün deyilsə, iddia geri qaytarılır. 
Niyə bunları Gülsarə Kərimovna nəzərə almır. 
Çünki məhkəmə sədri kiminsə  “zakaz”ını yerinə yetirir. 
Biz buradan  “zakazçik”ə deyirik ki, yəni bizim cərimələnməyimiz üçün hansısa zakazı vermisinizsə, biz də sizin ailənizə, həyat yoldaşınıza, qardaşınızın qızına, gəlininizə, bacınıza, bacınız qızına, öz qızınıza atəşli "salam" edirik. 
Sonda Gülsarə Kərimovnanın nəzərinə bir şeyi çatdırmaq istəyirik. 
Kərimovna, sən bu hərəkətlərinlə Azərbaycanın ləyaqətli, hörmətli  hüquq işçilərinin, hakimlərinin, məhkəmə sədrlərinin, bir sözlə, ölkənin ədliyyə sisteminin üzərinə kölgə salırsan. 
Yəqin ki, sizin  bu hərəkətləriniz, yaxın zamanda layiq olduğu qiyməti alacaq. /Gundelik-baku.com/