İlham Əliyev Keniyaya yeni səfir təyin etdi - SƏRƏNCAM
Manşet / Cəmiyyət
Oxunma sayı: 8 017
Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Ağami oğlu Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.