İlham Əliyevə təbrik məktubları gəlir - Yenilənib

İlham Əliyevə təbrik məktubları gəlir - Yenilənib
Manşet / Cəmiyyət
Oxunma sayı: 16 012
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.
***
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva
“Cənab Prezident!
Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.
Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə davam etməyə hazır olduğunu bir daha vurğulayıram.
Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin”.
***
Hindistan Prezidenti Draupadi Murmu:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, hökumətinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir.
Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Litva Prezidenti Gitanas Nauseda:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və xalqınıza təbriklərimi çatdırır, hamınıza sülh və firavanlıq arzulayıram.
Litvaya son səfərinizdə Sizinlə görüşməkdən çox məmnun oldum. Mən bizim iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi də daxil olmaqla əməkdaşlığımızın geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə bağlı apardığımız müzakirələrimizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu səfər Sizin üçün də məhsuldar olub və Vilnüsdə imzalanmış müqavilələr ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına geniş imkanlar açacaqdır.
Litva ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur. Litva Avropa İttifaqının Azərbaycanla dialoqunun inkişafına güclü dəstək verir. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bizim tərəfdaşlığımız daha da əhəmiyyətlidir. Ümidvaram ki, Ukrayna qalib gələnə qədər ona hərtərəfli dəstək vermək və Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsini təmin etmək istiqamətində əməkdaşlıq fəaliyyətimizi davam etdirəcəyik.
İcazə verin, ikitərəfli qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edim. Litva ilə Azərbaycan arasında informasiya texnologiyaları, istehsal, qida sənayesi və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.