Sefo balaca pərəstişkarının vədini reallaşdırdı

Sefo balaca pərəstişkarının vədini reallaşdırdı
Mədəniyyət
Oxunma sayı: 7 252
Məşhur türk müğənni Sefo balaca pərəstişkarının vədini gerçəkləşdirib.
Bu barədə reper instaqram hesabından paylaşım edib.
O bildirib ki, Tuana adlı fanatı məktəb başçısı olacağı təqdirdə, Sefonu uşaqlarla görüşdürəcəyinə söz verib. Və nəticədə o başçı seçilib. Sənətçi isə Tuanaya jest olaraq onun bu vədini gerçəkləşdirərək Bursaya üz tutub.
Görüntülər sosial şəbəkədə sürətlə yayılaraq izləyicilər tərəfindən maraqla qarşılanıb.