Kukla Teatrının aktyorları "BUNT" QALDIRDI: "Nazirlik sui-istifadə edir"

Kukla Teatrının aktyorları "BUNT" QALDIRDI: "Nazirlik sui-istifadə edir"
Mədəniyyət
Oxunma sayı: 6 444
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrınında böyük narazılıq var.
Teatrın direktoru Rəşad Əhmədzadə Lent.az-a açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyinin Teatrda apardığı yoxlama zamanı qanunsuzluğa yol verilib.
Hazırda teatrın bütün əməkdaşları yığışaraq etiraz edirlər.
Direktor bildirib ki, nazirlik nümayəndələri səlahiyyətlərindən sui-istifadə edib:
“İşçiləri otaqlarına çağırıb izahat tələb edirlər. Onlar bu izahatı təzyiq altında verdiklərini bildiriblər. Nə zamandır müxtəlif qurumlara şikayət etmək istəyirlər, sakitləşdiririəm. Yoxlamanın gedişatı, bu qədər uzun çəkməsi və yoxlama aparan şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən bu gün artıq ictimaiyyətə bu barədə məlumat verməyin düzgün olduğunu düşündük. Bununla bağlı saat 18:00-da Teatrda mətbuat konfransı təşkil edəcəyik”.