Məşhur aktyor xəstəxanaya düşdü - Foto

Məşhur aktyor xəstəxanaya düşdü - Foto
Mədəniyyət
Oxunma sayı: 231
Tanınmış aktryor Niftulla Əsgərov xəstəxanalıq olub.
 Lənkəran Dövlət Dram Teatrının aktyoru xəstəxanaya yerləşdirilib. Bu haqda aktyor Müşfiq Şahverdiyev sosial şəbəkə hesabında xəbər verib.
Aktyor həmkarını xəstəxanada ziyarətə gedərək fotosunu izləyicilərlə bölüşüb və onun ürək əməliyyatı olacağını qeyd edib:
"Dildə "Sənətkaram" deyən çoxdur. Amma peşəkar və elin sevimlisi olmaq hər aktyora qismət olmur. Bu kişi əsl sənətkardır. Milyonlarla tamaşaçı sevgisini qazanmış Niftulla Əsgərov "My name is İntiqam" filminin ən uğurlu simasıdır. Orada İntiqamın, yəni mənim atam obrazında yer alıb. Niftulla müəllim ürək əməliyyatı olunacaq. Sənətkara yaşayıb yaratmaq yaraşır".