“Taxt oyunları”nın aktyoru koronavirusa qalib gəldi

“Taxt oyunları”nın aktyoru koronavirusa qalib gəldi
Şou
Oxunma sayı: 382
Bir neçə həftə əvvəl koronavirusa yoluxan "Taxt oyunları" serialının aktyoru Kristofer Hivyu koronavirusa qalib gəlib.
Aktyor bu barədə İnstaqramda məlumat yayıb.
Kristofer artıq həyat yoldaşı ilə özünü yaxşı hiss etdiyini bildirib:
"Biz artıq sağalmışıq. Simptomlar artıq müşahidə olunmur. Hər kəsə dəstəyə görə təşəkkür edirik. Diqqətli olun, məsafə saxlayın. Əllərinizi mümkün qədər tez-tez yuyun".

Qeyd edək ki, Kristofer sözügedən serialda "Tormund" obrazını canlandırıb.