Conni Depp İnstagrama qoşuldu - Bir saata 1 milyon...

Conni Depp İnstagrama qoşuldu - Bir saata 1 milyon...
Şou
Oxunma sayı: 402
Dünyaca məşhur aktyor Conni Depp instaqram platformasında rəsmi hesabını açıb.
Amerikalı film ulduzu şəxsi profilini açaraq bir foto paylaşaraq hər kəsi salamlayıb və artıq sosial şəbəkə istifadəçisi olduğunu açıqlayıb. 
Sənətçini izləyənlərin sayı bir saata 1 milyonu aşıb, paylaşdığı iki videosu isə toplam 5 milyona yaxın izlənilib. İki gündür ki, sosial şəbəkədə olan aktyorun hazırda 2, 7 milyon izləyicisi var.