"Mən yalnız Afaq Bəşirqızının..." - "Moşu"dan AÇIQLAMA

"Mən yalnız Afaq Bəşirqızının..." - "Moşu"dan AÇIQLAMA
Şou
Oxunma sayı: 416
Xalq artisti Valeh Kərimov həmkarı, Xalq artisti Afaq bəşirqızı ilə bağlı yaranmış qalmaqala fikir bildirib.
Sənətkar ölkə.az-a açıqlamasında dünənki hadisədən xəbərsiz olduğunu deyib:
''Mən dünən Afaq xanımla gedən xəbərlərdən xəbərsizəm. Çünki həmin xəbərləri nə oxumuşam, nə də izləmişəm. Köhnə həmkarı olduğuma görə də yalnız yaxşı tərəflərini deyə bilərəm. Afaq xanım istedadlı bir aktrisadır. Xalqın, hər kəsin sevdiyi Xalq artistidir. Çox yaxşı iş yoldaşıdır. Biz Afaq xanımla 15 il birlikdə işləmişik. Hər zaman da bir-birimizə hörmət etmişik''.
Qeyd edək ki, ötən gün isə onun ARB TV-də efirə gedən "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələr gündəmə gəlib.