"Əgər Yaşar Nurinin qızının saxlayanı varsa..." - VİDEO

"Əgər Yaşar Nurinin qızının saxlayanı varsa..." - VİDEO
Şou
Oxunma sayı: 403

Mərhum xal artisti Yaşar Nurinin müğənni qızı Ülkər Nuriyeva, ARB telekanalına müsahibə verib.

Maraqlı açıqlamaları ilə diqqət çəkən Ülkər insanların onu bəzən ilk baxışdan düzgün tanımadıqlarını deyib:

""Papa" sağ olsaydı, əlbəttə, səhnədə olardım. Çox adam deyir ki, yox, icazə verməzdi, oxumazdın. Yaşar Nuri öz qızının istedadını görsəydi, hətta bəlkə də aktrisa olmağa icazə verərdi. Efirlər tez-tez çağırmırlar, mən sənəti atsam, bəziləri çox sevinər. Yaşar Nurinin qızı indiyə kimi geyinib-keçinib. Vallah, mən 1999 - 2000-ci ildə geyinən paltarları bəziləri indi geyinirlər. Atam mənim geymimi də görüb, heç vaxt deməyib ki, onu geyinmə, bunu geyinmə. Mən geyinmişəm, geyinirəm, geyinəcəm də.
Mənə heç kimin fikri önəmli deyil. Dolanışığımız odur ki, bacım işləyir. Bacımın öz ailəsi, öz övladı, öz uşağı var. Anama mən baxıram, evimə mən baxıram, hər şeyi mən edirəm. Bacım da arada gəlir, biz anama kömək edirik. Mənə hərdən deyirlər ki, Yaşar Nurinin qızını kimsə saxlayır, mən də düşünürəm  ki, yaxşı, Yaşar Nurinin qızının saxlayanı var, Yaşar Nurinin qızının maşını yoxdu, gəlsinlər baxsınlar ki, mənim necə balaca evim var.
Bəziləri kimi "novastroyka"larda qalmıram. Bu İnstaqram hamının evini yıxıb. Yazırlar şəkilimin altına ki, Yaşar Nurinin qızı yüngül hərəkət edir. Mən müğənni adamam, oynaya da bilərəm, rəqs də edə bilərəm, mən özümü çəkə də bilərəm. Yaşar Nurinin qızı, Yaşar Nurinin qızı... Yaşar da bir insan olub, aktyor olub, tanınmış bir sima olub. İndi onun qızı müğənnidir, oxuyur, heç kimlə də işi yoxdur ki?! Mən ailə dağıtmıram, kiməsə gedib yalvarmıram, oturmuşam, başımı aşağı salmışam. Restoranda işləyirəm, məclislərdə oxuyub pulumu qazanıram.
Ola bilər ki, sabah qarşıma elə bir insan çıxa ki, imkanlı bir adam ola bilər və mənə deyə bilər ki, Ülkər mən səni sevirəm. Mən də onu sevə bilərəm və mənə dəstək ola bilər. Ancaq o şərtlə mən onun dəstəyini qəbul edərəm ki, bir-birimizi sevək. Mən həyatda heç kəsə möhtac olmaq istəmərəm, heç bir kişiyə möhtac olmaq istəmərəm. İnşallah, maşınımı da alacam, anam istədiyi evi də alacam. Bir bağ evim var, hamının başına daş düşüb. Mənim bağ evim "remont"suz bağ evidi. Heç bir "remont"u yoxdur".