Rəqqasə Aygün karantin rejiminin qaydalarını pozdu

Rəqqasə Aygün karantin rejiminin qaydalarını pozdu
Şou
Oxunma sayı: 634
Ölkədə tətbiq edilən karantin qaydaları daha bir şou nümayəndəsi tərəfindən pozulub.
Bakıda restoranların birində kosmetoloq Nigar Rüfət bir çox məşhurların iştirakı ilə özünə dəbdəbəli ad günü məclisi qurub. Sözügedən məclisdən görüntüləri rəqqasə Aygün “Instagram” hesabında paylaşıb.
Diqqətçəkən məqam isə ad günü mərasimində Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova və əri Oqtayın da iştirak etməsi olub. Rəqqasə ilə birlikdə rəqs edən Aysel Aygünə bəxşiş vermək üçün onun sinəsinə pul qoymağa çalışıb. Yayımlanan videoda məclisdə 10-dan çox insan iştirak edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə görə isə, ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) keçirilməsi qadağaındır. Həmçinin 10-dan çox insanın bir yerə toplaşması qaydalara ziddir.
Qalmaqallı məsələyə aydınlıq gətirməyə çalışan kosmetoloq N.Rüfət sosial media hesabında yazıb ki, ad günü ötən gün yox, bir ay əvvəl olub.