Nüşabənin Teymur Əmraha 1000 manat borcu var

Nüşabənin Teymur Əmraha 1000 manat borcu var
Şou
Oxunma sayı: 602
Əməkdar artist Nüşabə Ələsgərlinin həmkarı Teymur Əmraha 1000 manat borcu var.
Bu barədə aparıcı Zaur Kamal "5/5" verilişində deyib. Proqramda qonaq olan Nüşabə Ələsgərli sənət yoldaşına mərcdə uduzduğunu bildirib:
"Teymur Əmraha borcum var. Mərcə girmişdik. Mərhum sənətkar Yaşar Səfərovun "Xalq artisti" adına layiq görüldüyünü dedim. O isə dedi ki, "Əməkdar artist"dir. Həmin ərəfədə Prezident təqaüdü aldığı üçün qarışıq saldım".