“Samsung” və “LG” arasında mübahisə həll olunub

“Samsung” və “LG” arasında mübahisə həll olunub
Texnologiya
Oxunma sayı: 1 636
"Samsung Electronics" və "LG Electronics" şirkətləri yüksək sinfə aid televizorlar ilə bağlı fikir ayrılığını yoluna qoyublar.
Iyunun 5-də Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası (Korea Fair Trade Commission, FTC) şirkətlərin bir-birinə qarşı iddialarından sonra başlanan araşdırmanı dayandırıb. Tənzimləyici orqanın məlumatına görə, "Samsung" və "LG" qarşılıqlı iddialardan imtina edərək bundan sonra mənfi marketinq üsullarına əl atmamaq barədə razılığa gəliblər.
Komissiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, özü işıq saçan kateqoriyaya həm "Samsung" şirkətinin "QLED" modelləri, həm də "LG" şirkətinin "OLED" televizorları aiddir.
Bununla yanaşı, tənzimləyici orqan "Samsung" şirkətinə bütün növ "QLED TV" reklamlarında bu televizorlarda fon işıqlandırmasının nəzərdə tutulmasını dəqiqliklə göstərməyi tövsiyə edib.
Cənubi Koreya istehsalçıları arasında reklam iddiaları ilə əlaqədar mübahisə təxminən bir il əvvəl - 2019-cu ilin sentyabrında Almaniyada "IFA" sərgisində yaranıb. O vaxt "LG" komissiyaya şikayətlə müraciət edərək "Samsung"u ədalətli markalama və reklam haqqında qanunu pozmaqda ittiham edib. "LG" nümayəndələrinin sözlərinə görə, "Samsung" şirkətinin "QLED" televizorlarının reklamı istehlakçılar arasında çaşqınlıq yaradır, çünki işıqlandırmanın mövcudluğuna görə "QLED" modelləri özü işıq saçan sinfə aid ola bilməz.
Bir ay sonra "Samsung" Cənubi Koreyanın tənzimləyici orqanına qarşılıqlı iddia ünvanlayıb. Şikayətdə bildirilib ki, "LG" şirkətinin "QLED TV" ilə bağlı iddiaları əsassızdır. Bundan başqa, "Samsung" rəqibin təxribat xarakterli videoçarxından hiddətlənib. "QLED" televizorlarını tənqid edən videoda ingilis dilində qeyri-senzuralı ifadələrə eyham vurulması yer alıb.