Avropanın tənzimləyici qurumu “TikTok”u yoxlayacaq

Avropanın tənzimləyici qurumu “TikTok”u yoxlayacaq
Texnologiya
Oxunma sayı: 1 660
Məlumatların mühafizəsi üzrə Avropa Komitəsi Brüsseldə keçirilmiş iclasın nəticəsinə görə populyar "TikTok" sosial şəbəkəsini yoxlamaq barədə qərar qəbul edib.
Məlumata görə, komitə sonrakı hərəkətlərin koordinasiyası və Avropa Birliyi ərazisində sosial şəbəkənin daha geniş fəaliyyəti üçün işçi qrup yaratmağa qərar verib.
2019-cu ilin noyabrında ABŞ-ın milli təhlükəsizlik orqanları "TikTok" şəbəkəsinin sahibi - Çinin "ByteDance Technology" şirkəti barədə araşdırmaya başlayıb.
İstifadəçilərin fərdi məlumatlarının Çin hökumətinin əlinə keçməsi narahatçılıq doğururdu. Buna cavab olaraq "TikTok" rəsmisi demişdi ki, Çin də daxil olmaqla dünyanın heç bir hökuməti onun fəaliyyətinə təsir göstərmir.

Sözügedən sosial şəbəkə 2016-cı ilin sentyabrında işə başlayıb. Əvvəlcə "Douyin" adlandırılmış şəbəkə yalnız Çin istifadəçiləri üçün nəzərdə tutulmuşdu. 2017-ci ildə şirkət onu "TikTok" adı ilə istifadəyə verib. İndi bu platformanın bütün dünyada ofisi var.