Daha bir məktəb distant təhsilə keçdi

Daha bir məktəb distant təhsilə keçdi
Təhsil
Oxunma sayı: 165
Quba rayonu Alekseyevka kənd tam orta məktəbində dərs deyən müəllimdə koronavirus infeksiyasının əlamətləri aşkar olunub.
Məktəbin direktoru İsa Əlixanlı bildirib ki, məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimə Məhsimova Gülxar Sabir qızının həyat yoldaşında infeksiyasının əlamətləri aşkar edildiyindən, o da koronavirus testi verib, nəticəsi "pozitiv" çıxıb:
"Bu səbəbdən 19 mart 2021-ci il tarixindən 02 aprel 2021-ci il tarixədək məktəbdə tədris distant təhsil şəklində tədris olunacaq. Hazırda, müəllimə ambulator şəraitdə, həkim nəzarətində müalicə olunur. Gülxar müəllimənin 30 ilə yaxın iş təcrübəsi var"