BU MƏKTƏBİN DİREKTORU YALNIZ ÖZ QANUNLARI İLƏ İŞLƏYİR… - İDDİA/VİDEO

BU MƏKTƏBİN DİREKTORU YALNIZ ÖZ QANUNLARI İLƏ İŞLƏYİR… - İDDİA/VİDEO
Təhsil
Oxunma sayı: 229
ATIA.AZ-ın  redaksiyasına Şəmkir  rayon   M.Süleymanov adına  Seyfəli kənd tam orta məktəbində gözətçi işləyən Məhərrəmov Zülfüqar Daşdəmir oğlu tərəfindən şikayət ünvanlanıb. Daxil olan müraciətdə   2017-ci  ildən Seyfəli kənd tam orta məktəbində  gözətçi işləyən vətəndaş Məhərrəmov Zülfüqar bu günə qədər üşləşdiyi haqsızlıqlar, məktəb direktoru Seymur Qurbanovun qanunsuz əməlləri, Dövlət Qanunlarına məhəl qoymaması, bir sözlə rəhbəri olduğu təhsil müəssisəsini yalnız “öz qanunları” ilə idarə etdiyi barədə şikayətlərini bildirib.
 
  Vətəndaş qeyd edir ki, 2018-ci ildə qanunvericiliyin tələbinə uyğun əmək məzuniyyətinə çıxmaq üçün üçün direktor ondan bir aylıq əmək haqqı dəyərində rüşvət tələb edib, rüşvət vermədiyi halda məzuniyyətə icazə verməyəcəyini deyib.Və bundan sonar da rüşvət vermədiyinə görə məktəb direktoru onunla sözün əsl mənasında “prinsip” aparmağa başlayıb.
  Şikayətçinin dediyinə görə ayın bütün günlərində 8 saatlıq qrafiklə, hətta bəzən 12 saatlıq qrafiklə, ay ərzində heç bir istirahət günü olmamaqla işləyir ki, bu da əmək qanunvericiliyinin tələblərinin pozulması deməkdir.
Direktorun qanunsuz əməllərindən cana doymuş Məhərrəmov Zülfüqar müraciətinin saytımız vasitəsi ilə Cənab Prezidentə və Təhsil Nazirliyinə çatdırılmasını xahiş edir.
Daha ətraflı vətəndaşın redaksiyamıza ünvanladığı video-müraciətdə tanış ola bilərsiniz:

Yəqin ki, aidiyyati QURUMLAR bu məsələ ilə bağlı lazım olan tədbirləri görəcəklər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.