Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA

Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA
Təhsil
Oxunma sayı: 171
Bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.
Bəli, bələdiyyələr müstəqil qurum olaraq sərbəst şəkildə fəaliyyət göstərməlidir. Lakin Cəlilabad rayon Muğan, Maşlıq və Söyüdlü kənd bələdiyyəsi nəinki müstəqil, ümumiyyətlə hansı orqana, hansı təşkilata xidmət edir məlum deyil.
Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Muğan, Maşlıq və Söyüdlü kənd bələdiyyəsinin sədri Vasif Həsənov hazırda iki mühüm vəzifəni icra edir. Mənbənin sözlərinə görə, bələdiyyə sədri hazırda Nizami Alişanov adına orta məktəbin tarix müəllimidir. Eyni zamanda kənd bələdiyyəsinin sədridir. Təbii ki, bələdiyyə sədri öz işində ciddi olmalı və kənd sakinləri ilə bütün hallarda təmasda olmalıdır.
Bələdiyyənin nizamnaməsi bələdiyyənin iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən qəbul edilir. Yeni təyin olunan bələdiyyə sədri isə saymazyana istədiyi formada qərər qəbul edir, yaxın adamları ilə məsləhətləşdikdən sonra özünü xırda padşah kimi göstərməyə çalışır. Əslində, Vasif Həsənov təcili formada təhsil sahəsindən kənarlaşdırmalı və vəzifəsini icra etməli idi. Görünür, bələdiyə sədri Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova ilə lazımı qaydada anlaşıb.
Onsuzda acınacaqlı durumda olan rayon təhsili hər zaman bəzi “müəllimlər” tərəfindən gəlir mənbə kimi idarə olunub. Amma tarix müəllimin bir gün belə məktəbdə olmamağı, tarix fənn üzrə şagirdlərə dərs keçməməyi gələcəyimizə ən böyük zərbədir. Onu da nəzərinizə çatdıraq ki, məsələ ilə əlaqədar istər təhsil şöbəsinə, istərsədə Təhsil Nazirliyinə ciddi suallar ünvanlanacaq. Çox istərdik ki, gələcəyimiz naminə suallara Təhsil Naziri Emin Əmirullayev cavab versin. Mövzüya yenidən qayıdacayıq…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
DOSYE.ORG