Ucarda 6 məktəb koronavirusa görə bağlandı

Ucarda 6 məktəb koronavirusa görə bağlandı
Təhsil
Oxunma sayı: 231
Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.
APA-nın xəbərinə görə, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpoot 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb. Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə  11 müəllimdə COVID-19  testinin nəticələri pozitiv çıxmasıdır.
Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.