Bakıda həftədə beş gün dərs keçiriləcək məktəblərin SİYAHISI

Bakıda həftədə beş gün dərs keçiriləcək məktəblərin SİYAHISI
Təhsil
Oxunma sayı: 182
Bakı şəhəri üzrə həftədə 5 gün dərs keçiriləcək məktəblər açıqlanıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 
Əmrə əsasən, layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) 16, 44, 50, 122, 140, 153, 161, 173, 231 nömrəli ümumi təhsil müəssisələrində pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün dərslər keçiriləcək.