17 oktyabr saat 11-də şagird yerdəyişməsi prosesinə start verilib. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, şagird yerdəyişməsi https://sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.