İspan qripi ilə mübarizədə iki şəhərin səhv qərarları yüzlərlə insanın ölümünə səbəb olub - FOTO

İspan qripi ilə mübarizədə iki şəhərin səhv qərarları yüzlərlə insanın ölümünə səbəb olub - FOTO
Araşdırma
Oxunma sayı: 412
Dünyada indiyə qədər ən geniş yayılmış xəstəliklərindən biri də İspan qripi idi.
1918-1920 illər arasındakı epidemiyanın milyonlarla insanın ölümünə səbəb olması haqqında bir çox faktlar, məlumatlar var.
İspan qripi, dünya əhalisinin üçdə birinə - təxminən 500 milyon insana yoluxmuşdu. Nə qədər insanın ölüməsi barədə isə təxminlər çox dəyişir, lakin bu qrip tarixin ən ölümcül pandemiyalarından biri hesab olunur.
Epidemiya ilk dəfə 1918-ci il martın 11-də ABŞ-ın Nyu Meksiko ştatında aşkar edildi. Daha sonra bütün dünyaya yayıldı.
Eynilə indi olduğu kimi, bütün dünya ölkələri epidemiya ilə mübarizə üçün müxtəlif yollara əl atdı. Ancaq təbii ki, müharibənin yeni bitməsi və dərman şirkətlərinin o qədər də inkişaf etməməsi durumu daha da çətinləşdirdi.
Bu dövrdə ediləcək ən ağıllı şey sosial təcrid idi. Əslində ABŞ-ın bəzi ştatları bunu dəqiq tətbiq etdilər.
ABŞ-ın Missuri ştatında yerləşən böyük şəhərlərdən biri olan Luisdə bütün məktəblər, iş yerləri, restoranlar və kilsələr bağlandı. Bütün tədbirlər qadağan olundu.
Lakin ABŞ-ın nüfuzlu bir şəhəri olan Filadelfiyada isə vəziyyət tam əksinə idi. Hətta şəhərdə Birinci Dünya Müharibəsi paradı da təxirə salınmadı. Bu tədbirdə yüz minlərlə insan iştirak etdi və cəmi 2 gün sonra İspan qripi yoluxmaları baş verdi.

Yoluxma yüksəldikdə, Sent Luisdəki ölüm nisbəti Filadelfiyadakı ölümlərin səkkizdən biri idi.
Lakin, sosial təcridi təmin edəcək qədər vacib bir şey varsa, bu sosial təcridin davamlılığını təmin etmə də bir o qədər önəmlidir. Sent Luis şəhərindəki yoluxma sayı azaldıqda görülən tədbirlər yumşaldılmağa başlandı. Məktəblər, iş yerləri və kilsələr yenidən açıldı.
Bu isə şəhərdə ikinci bir virus dalğasına səbəb oldu və yüzlərlə insan həyatını itirdi. Aparılan araşdırmalara görə, görülən tədbirləri davam etdirən heç bir şəhərdə ikinci dalğa baş verməmişdi.
Buradan götürəcəyimiz dərs budur ki, tədbirlər yumşaldılsa da dərhal köhnə nizamımıza qayıtmamalıyıq. Çünki risk hələ də davam edir. Tarix boyu bir çox böyük epidemiyada, bir çox ölkədə insanlar aylar boyu təcrid olunub.
Hətta Osmanlı dövlətində belə, karantin tətbiq olunmuşdu. Bu yolla, yoluxmalar aradan qaldırılırdı. Koronavirusla mübarizə aparmaq və onu məğlub etmək üçün bir müddət vacib olmadığı halda küçəyə çıxmamaq və evdə qalmaq lazımdır.