Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı

Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
Dünya
Oxunma sayı: 436 539
Sevgilisinə hücum edən ABŞ-li aktyor Conatan Meycors çəkildiyi filmdən çıxarılıb.
Xarici KİV xəbər verir ki, artıq "Marvel" studiyaları aktyorla çalışmaq istəmir.
"Marvel" filmlərindəki "Kang" obrazı ilə məşhurlaşan Conatan 2026-cı ildə də “Avengers: The Kang Dynasty" adlı filmdə çəkiləcəkdi.
Hazırda isə aktyorun obrazını kimin ifa edəcəyi açqılanmayıb.
Xatırladaq ki, Conatan Meycors ötən il xoreoqraf sevgilisi Qreys Cabbariyə hücum edərək onu döyüb. Bundan sonra Qreys sevgilisini məhkəməyə verib.