"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı

"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Dünya
Oxunma sayı: 437 982
Məşhur müğənni Britni Spirsin ötən ilin oktyabrında təqdim etdiyi "İçimdəki qadın" (The Woman in Me) kitabı satış rekordu qırıb.
Xarici KİV xəbər verir ki, popçunun artıq 5-ci dəfədir nəşrə buraxılan kitabının 2 milyondan çox nüsxəsi satılıb.
Bununla da kitab "New York Times"ın ən çox satılanları siyahısına daxil olub.
Dünyada sensassiyaya səbəb olan nəşrdə Britni şəxsi həyatına aid bir çox məqamlara toxunub. O kitabda "Mickey Mouse Club"da keçirdiyi günlərdən, karyerasındakı yüksəlişdən və bunun həyatına təsirindən bəhs edib.
Nəşrdə Britnin atası ilə 13 illik məhkəmə prosesi də yer alıb. Kitabda Spirsin, Castin Timberleyklə sevgili olmağından, hamilə qalmağından və uşağı abort etdirməsindən də bəhs edilir.