Nigerdə ​​silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub

Nigerdə ​​silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
Dünya
Oxunma sayı: 434 207
Bir qrup terrorçu Nigerin paytaxtı Niameydən 17 km cənubda yerləşən jandarma nəzarət məntəqəsinə hücum edib.

Bu barədə Nigeriya Mətbuat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, terror aktı nəticəsində ikisi jandarm olmaqla 3 dinc sakin həlak olub, daha 7 nəfər yaralanıb.

Bildirilib ki, silahlılar 3 avtomobili ələ keçirərək qaçıblar.