Şəkidə iki mərtəbəli evdə yanğın olub

Şəkidə iki mərtəbəli evdə yanğın olub
Cəmiyyət
Oxunma sayı: 436 903
Şəkidə 10 otaqlı fərdi yaşayış evində yanğın olub.
Yanğın saat 16 radələrində, Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində, 1965-ci il təvəllüdlü Rafiq Nurməmməd oğlu Məmmədəliyevə məxsus ümumi sahəsi 400 kv/m olan iki mərtəbəli, 10 otaqlı evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində səhəsi 20 kv/m olan bir otağın içərisindəki əşyalar və yanar konstruksiyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb
Faktla bağlı araşdırma aparılır.