Türkiyənin Televiziya və radio milli şurası (RTÜK) sədri Ebubekir Şahin “Kızıl Qoncalar”la bağlı danışıb,
O, açıqlamasında ekran işinə tətbiq olunan qadağalardan söz açıb: “Fəaliyyətimiz müddətində bu qədər şikayət gələn layihə xatırlamıram. 36 min insanın narazılığını görməzdən gələ bilməzdik. Heç kim Türk xalqının illi-mənəvi dəyərlərini ələ sala bilməz”. Xatırladaq ki, ekran işi Özcan Denizindir. Serialda Özgu Namal da rol alır.