"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
İdman
Oxunma sayı: 805 705
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib. Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Sportvereyn Valdhof”la üz-üzə gəlib. Matç Bakı klubunun məğlubiyyəti ilə bitib - 0:3. "Ağ-qaralar" ilk görüşündə Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.