Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
Cəmiyyət
Oxunma sayı: 436 323
2024-cü ilin 11 yanvar tarixində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Independent Arabia” xəbər saytında Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı səsləndirdiyi bəzi bəyanatlar dərc olunub.
“Azərbaycan: Ermənistanla sülh sazişinin imzalanması üçün şərtlər “hazırlanıb” başlığı altında dərc olunan yazıda Prezident İlham Əliyevin ölkəsinin qonşusu və əsas düşməni olan Ermənistanla sülh sazişinin imzalanması üçün “şərtlərin hazır olduğunu” hesab etməsi və iki ölkə arasında “yeni müharibə”nin başlamasını istəmədiyini vurğulaması öz əksini tapıb.
Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsinin imzalanması üçün real şərait təmin edilib. Ona görə də biz mətn üzərində çox işləməliyik.
Xəbərdə o da vurğulanır ki, bu nikbinlik müşahidəçilərin iki Qafqaz ölkəsi arasında davam edən danışıqlarda əldə olunan irəliləyişin miqyası ilə bağlı ifadə etdikləri ehtiyatlılıqla ziddiyyət təşkil edir və Ermənistanla Azərbaycan arasında bir çox fikir ayrılıqları hələ də davam edir.
Ermənistan və Azərbaycan arasında birinci müharibənin 1990-cı illərdə, ikincisinin isə 2020-ci ildə olması, 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsi, 2023-cü ilin dekabr ayında iki ölkə arasında əsirlərin mübadiləsinin həyata keçirilməsi və sülh sazişinin bağlanacağına ümidlərin artması, lakin gərginliyin hələ də yüksək olaraq qalması barədə məlumatlar xəbərdə öz əksini tapmışdır.
Prezident İlham Əliyev müsahibəsində “Ermənistanla yeni müharibənin olmayacağına əmin olduğunu” vurğulayaraq, "müharibənin qarşısını almaq üçün əlindən gələni edəcəyini” bildirib.
Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisi Qafqazda vəziyyətin pisləşməsinə səbəb olmaqda ittiham edib. Parisi İrəvana verdiyi dəstəyə görə tənqid edən İlham Əliyev müsahibəsində Fransanın Ermənistanı silahla təmin etməklə onu yeni müharibəyə hazırladığını diqqətə çatdırıb.
Bu yaxınlarda Bakının casusluqda şübhəli bilinən bir Fransa vətəndaşını həbs etdiyini elan etdikdən sonra Azərbaycan Fransadan onun daxili işlərinə "qarışmamağa" çağırıb.