Koronavirus təhlükəsinin daha bir sirri aşkara çıxarıldı: İnsan zülalı...

Koronavirus təhlükəsinin daha bir sirri aşkara çıxarıldı: İnsan zülalı...
Araşdırma
Oxunma sayı: 370
Kembric Universitetinin alimləri koronavirusda insan zülalının bir hissəsi ilə identik olan əlavə tapıblar.
O, virusun insan bədəninə daxilolma ehtimalını təyin edən genom hissəsində yerləşir.
Alimlərin araşdırması "eLife" elmi jurnalının saytında dərc edilib.
Süni intellektdən istifadə edərək, mütəxəssislər SARS-CoV-2-nin genetik ardıcıllığınında vacib insan zülallarından birində eyni fraqmentə bənzəyən səkkiz aminturşuya oxşarlıq tapıblar.
Qeyd edilir ki, bu zülalın tənəffüs yollarının səthindəki aktivliyi maye reabsorbsiyasının pozulmasına səbəb olur. Ağır COVID-19 xəstələrində məhz bu patologiya müşahidə edilib.