Şəhid ailəsinə qarşı qəbirüstü abidə fırıldaqçılığı - Foto

Şəhid ailəsinə qarşı qəbirüstü abidə fırıldaqçılığı - Foto
Cəmiyyət
Oxunma sayı: 25
Vətən müharibəsi şəhidi Ülvi Rəhimovun ailəsinə qarşı fırıldaq hadisəsi baş verib.
Bu barədə “Yeni Sabah”a şəhidin anası Ülviyyə Rəhimova məlumat verib. Abşeron rayonunun Məmmədli qəsəbəsində dəfn olunan Ü. Rəhimovun məzarüstü abidəsi yararsız materialdan hazırlanıb:
“Abidənin pulu rayon icra hakimiyyəti tərəfindən verildi. Biz də bu işlə məşğul olan sexlərdən birinə sifariş verdik, 2300 manat pul aldılar və qəbirüstü abidəni qoydular.
Demək olar hər gün məzarı təmizləyib, silirdik. Amma az müddət sonra başdaşı özü-özünə çatlamağa başladı, abidə üzərindəki yazılar silindi. Bərbad vəziyyətə düşdüyü üçün abidəni məzarın üzərindən götürdük və həmin adamlara bu haqda məlumat verdik. Onlar da söz verdilər ki, ödənmiş pulu geri qaytaracaqlar.
Həmin vaxt bizim həssas vaxtımız idi və daşın keyfiyyətinə fikir vermədik. Biz birinci dəfə idi qəbirüstü daş düzəltdirirdik, bundan istifadə edib bizi aldatdılar”.
Ü. Rəhimova deyir ki, indi başqa bir sexə qəbirüstü abidə sifariş verilib.