Məşhur diktor koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

Məşhur diktor koronavirusa yoluxdu - Vəziyyəti ağırdır
Cəmiyyət
Oxunma sayı: 70
Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub. 
Bu barədə teleaparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Z.Hacıyevanın vəziyyəti ağırdır: 
“Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir”.
Hazırda Züleyxa Hacıyevanın 97 yaşı var.