Məktəb müəllimi koronavirusdan vəfat edib - FOTO

Məktəb müəllimi koronavirusdan vəfat edib - FOTO
Cəmiyyət
Oxunma sayı: 114
Daha bir təhsil işçisi koronavirusdan vəfat edib.

"Report" xəbər verir ki, Zəngilan rayonunun 6 nömrəli tam orta məktəbinin texnologiya müəllimi Rüstəmova Gülzar Mədət qızı koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, ötən həftə 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Bəşirova Əfşan Hilal qızı da koronavirus infeksiyası səbəbindən vəfat edib.